Məhkəmə qərarları › İş №3(089)-62/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-62/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-62/2023 19.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, X3 Culfa rayon Polis Şöbəsinin 25 avqust 2023-cü il tarixli, 006608 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 25 avqust 2023-cü il tarixdə Culfa rayon Polis Şöbəsinin sahə rəisi 002060 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Culfa Rayon Polis Şöbəsinin rəisi tərəfindən 25 avqust 2023-cü il tarixli, 006608 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, o, 300 manat məbləğində cərimə edilmişdir. X3 Culfa Rayon Polis Şöbəsinin 25 avqust 2023-cü il tarixli, 006608 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti 11 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. X6 şikayətini onunla əsaslandırmışdır ki, Culfa rayon Polis Şöbəsinin 25 avqust 2023cü il tarixli, 006608 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində cərimə edilmişdir. Qərarla razı deyil. Belə ki, arvadı Lalə Zülfüqarova ilə aralarında 02 avqust 2023-cü il tarixdə mübahisə olmuş, arvadını itələmiş, söymüş, təhqir etmiş, lakin onu döyməmişdir. Arvadı L.Zülfüqarovanın müraciəti ilə araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. L.Zülfürqarova ilə barışmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 300 manat cərimə edilmişdir. Qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Z.Zülfüqarova, L.Zülfüarovaya məlumat, onlar məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə gedəcəyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan şikayətə baxılmasını xahiş etmişdir. Məhkəmə Culfa rayon Polis Şöbəsinin 25 avqust 2023-cü il tarixli, 006608 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Z.Zülfüqarov və L.Zülfüqarovanın iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Culfa rayon Polis Şöbəsinin sahə rəisi X10 şikayətin əsassız olduğunu bildirmiş, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin şikayət ərizəsində qeyd etdiklərini nəzərdən keçirib, Culfa rayon Polis Şöbəsinin sahə rəisinin izahatını dinləyib, şikayəti, şikayətə əlavə edilmiş sənədləri, Culfa rayon Polis Şöbəsindən məhkəməyə təqdim etdiyi sübutları araşdırıb, həmin sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta hesab edilir ki, inzibati xəta törtəmiş şəxs üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqala, iki ayadək müddətə inzibati qaydada həbs edilir. Təqdim edilmiş sübutlarla, X3 həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetir. Belə ki, X7 02 fevral 202-cü il tarixli ərizəsindən, xx.xx.2023-cü il tarxli izahatından, 04 avqust 2023-cü il tarixli, 1006 nömrəli ekspert rəyindən müəyyən olunur ki, X1 lalə Cəfər qızını zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmişdir X2 ərizəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini etiraf etmiş, arvadı ilə barışdığını, cəriməni ödəməyə maddi imkanı olmadığından inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş, qərarın ləğv edilməsinə başqa hər hansı bir əsas göstərməmiş, məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddənin əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, onun barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə kifayət qədər sübutlar toplanmış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmışdır. Səlahiyyətli orqanın gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edirəm ki, verilmiş şikayət təmin edilməməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134- 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Culfa rayon Polis Şöbəsinin 25 avqust 2023-cü il tarixli, 006608 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar