Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-63/2023 11.10.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, X5 iştirakı ilə, X5 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 17 avqust 2023-cü il tarixli, 012344 nömrəli inzibat tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 17 avqust 2023-cü il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı tərəfindən 012344 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, o, 400 manat məbləğində cərimə edilmişdir. X1 MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli, 012344 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmiş, vəsatət təmin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş X7 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat vermiş, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, H.Cəfərov meşə fondu sahəsində mal-qara otardığından onun barəsində 03 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında protokol, 17 avqust 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin ərazinin meşə fondu sahəsi olmasını təsiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmir. 03 avqust 2023-cü il tarixli, 012445 nömrəli inzibati xəta haqqında protokolun surətindən müəyyən olunur ki, H.Cəfərovun barəsində Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 17 avqust 2023-cü il tarixli, 012344 nömrəli inzibat tənbeh vermə haqqında qərarın surətindən görünür ki, H.Cəfərov Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsində nəzərədə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmiş, 400 manat məbləğində cərimə edilmişdir. Culfa rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsindən verilmiş 583 nömrəli, 09 avqust 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, X7 03 avqust 2023-cü il tarixdə Culfa rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsində müayinədən keçdi, xəstədir. Diaqnoz sağ topuq toxuma əzilməsi Məhkəmə, tərəflərin izahatlarını dinləyin, izahatları işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. 17 avqust 2023-cü il tarixli, 012344 nömrəli inzibat tənbeh vermə haqqında qərarın surətindən görünür ki, H.Cəfərov Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsində nəzərədə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmiş, 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsinə əsasən meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. 134.1.1- qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 134.1.4-bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iclasında H.Cəfərovun heyvanlarının otarıldığı yerin meşə sahəsinin ərazisinin olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. 03 avqust 2023-cü il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati xəta haqqında protokol tərtib etmiş əməkdaşı tərəfindən inzibati xəta haqqında protokola meşə massivinin sxemi əlavə edilməmiş, onun konkret hansı ərazidə meşə massivinə zərər vurması qeyd edilməmişdir. Məhkəmə bunları nəzərə alaraq, qeyd edir ki, bütün şübhələr şikayət vermiş şəxsin xeyrinə həll edilməlidir. Ona görə də şikayət təmin edilməli, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati tənbeh verilmə haqqında 17 avqust 2023-cü il tarixli, 12344 nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115, 128-129, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 17 avqust 2023-cü il tarixli, 012344 nömrəli inzibat tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilsin. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 17 avqust 2023-cü il tarixli, 012344 nömrəli inzibat tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın icrası Culfa rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-63/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-63/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver