Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-66/2023 06.10.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxxxx 1996-cı il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, müvəqqəti işsiz, inzibati məsuliyyətə cəlb edilməmiş, Culfa rayonunun Bənəniyar kəndində yaşayan-barəsində Culfa Rayon Polis şöbəsinin X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 06 oktyabr 2023-cü il tarixdə 008340 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 05 oktyabr 2023-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 götürülmüş onun sidik nümunəsindən psixotrop maddə olan metamfetamin istehlakı faktı aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Bənəniyar kəndində yaşayır. 2023-cü ilin aprel ayında işləmək üçün Bakı şəhərinə getmiş, “Bolt” adlı şirkətdə taksi sürücüsü kimi işləməyə başlamışdır. Orada olduğu müddətdə Masazır qəsəbəsində kirayə evdə yaşamış, aylıq qazancı təxminən 1000 manat olmuşdur. Qazancı ehtiyaclarını qarşılamağa yetmədiyindən 20 sentyabr 2023-cü il tarixdə Bənəniyar kəndinə qayıtmışdır. İş tapa bilmədiyindən işləmir. Bakı şəhərində olduğu müddətdə bir neçə dəfə tanımadığı şəxslərdən aldığı metamfetamin psixotrop maddəsindən istifadə etmişdir. Bənəniyar kəndinə qayıtdıqdan sonra sentyabr ayında 1-2 dəfə, sonuncu dəfə 02 oktyabr 2023-cü il tarixdə metamfetamin psixotrop maddəsi istifadə etmişdir. Maddənin təsiri 5-10 gün çəkir. 05 oktyabr 2023-cü il tarixdə axşam vaxtlarında Bənəniyar kəndinin mərkəzində olmuş, polis əməkdaşları ona yaxınlaşmış, hərəkətlərindən şübhələndiklərini bildirmiş, ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, şəxsiyyət vəsiqəsini itirdiyini bildirmişdir. Polis əməkdaşları ondan halsız olmasının səbəbini soruşmuş, narkotik istifadə etdiyini, iki gecədir yatmadığını bildirmişdir. Polis əməkdaşları Əlincə Polis bölməsinə zəng etmiş, polis maşını gəlmiş, onu polis bölməsinə aparmışlar. Şəxs izahatında həmçinin bildirmişdir ki, hərəkətindən çox peşmandır, əvvəllər inzibati xəta törətməmişdir. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Culfa rayon Polis şöbəsinin X7 əməliyyat müvəkkili X4 bildirmişdir ki, şəxs polis əməkdaşları tərəfindən 05 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində narkotik vasitələrin istifadəsi və gəzdirilməsində şübhəli olduğu üçün Polis Bölməsinə gətirilmiş, 05 oktyabr 2023-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 test üsulu ilə analmiş, metamfetamin qəbulu faktı aşkar edilmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Culfa rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan- Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 05 oktyabr 2023-cü il tarixli, 1443 nömrəli məktubda qeyd edilmişdir ki, Şəxs 05 oktyabr 2023-cü il tarixdə dispanserdə sidik narko-test vasitəsilə müayinə olundu, nəticə MET (metamfetamin) müsbətdir. Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 06 oktyabr 2023-cü il tarixli, 308 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəxs metamfetamin narkomaniyası xəstəliyindən əziyyət çəkir, hazırda abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. İnzibati qaydada tutulma haqqında 05 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 05 oktyabr 2023-cü il tarixdə saat 20:00-da tutulmuşdur. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısının 27-ci bəndində metamfetamin psixotrop maddəsi qeyd edilmişdir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, 05 oktyabr 2023-cü il tarixdə Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 götürülmüş sidik nümunəsində onun psixotrop maddə olan olan metamfetamin istehlakı faktı aşkar olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir.. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını, əvvəllər inzibati xəta törətməməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbsin müddətinə daxil edilir. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, 05 oktyabr 2023-cü il, saat 20:00 dəqiqədən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. Həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, 05 oktyabr 2023-cü il tarixdə saat 20:00-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-66/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-66/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver