Məhkəmə qərarları › İş №3(089)-66/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-66/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-66/2024 21.11.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X12 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6, tərcüməçi X8 iştirakı ilə, X4-xx xxxxxx 1984-cü il tarixdə İran İslam Respublikasının Mərənd şəhərinin Mərkid kəndində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, iki uşaq atası, əvvəllər məhkum olunmamış, tır sürücüsü işləyən, İran İslam Respublikasının Mərənd şəhərinin Mərkid kəndində yaşayan-barəsində Culfa Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 21 noyabr 2024-cü il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 21 noyabr 2024-cü tarixdə Y.Budaqov adına Naxçıvan MR Psixi Xəstəliklər X1 götürülmüş sidik nümunəsindən psixotrop maddə olan metamfetamin, anfetamin, metadon və benzodiazepin istehlakı faktı aşkar olunmuşdur. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmiş, izahatında bildirmişdir ki, 5 il yarımdır ki tır sürücüsü kimi çalışır. 2024-cü ilin noyabrın 20-dən 21-nə keçən gecə idarə etdiyi **-AA-***/**-AA-*** nömrəli tırla “Culfa” gömrük postundan Culfa şəhərinə daxil olmuşdur. Culfa şəhəri ərazisində tırla hərəkətdə olan zaman mobil telefonu ayağının altına düşmüş, aşağıya əyilərək telefonu götürən zaman tırın roluna nəzarət edə bilmədiyindən tır sağa, sola hərəkət etmiş, bu zaman Culfa Rayon Polis Şöbəsinin əməkdaşları onun içkili olduğunu düşünüb saxlamışlar. 21 noyabr 2024-cü il tarixdə Naxçıvan MR X11 müayinə olunmuş, metamfetamin psixotrop maddəsindən istifadə etməsi müəyyən olunmuşdur. X6 izahatında onu da bildirmişdir ki, 19 noyabr 2024-cü il tarixdə nahar vaxtı öz evində narkotik tərkibli maddə olan metamfetamin psixotrop maddəsi istifadə etmiş, Kolbada həmin narkotik tərkibli maddəni yandırmış və onun tüstüsünü qəbul etmişdir. Hərəkətindən çox peşmandır, iki azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, məhkəmədən ona köməklik edilməsini xahiş edir. İş materiallarında olan- Y.Budaqov adına Naxçıvan MR X10 verilmiş 21 noyabr 2024-cü il tarixli, 2141 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlmanın rəyində qeyd edilmişdir ki, X6 21 noyabr 2024-cü il tarixdə dispanserdə sidik narko-test vasitəsilə müayinə olundu, nəticə MET (metamfetamin), AMP (anfetamin), MTD (metadon) və BZO (benzodiazepin) müsbət aşkar olundu. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısının 27-ci bəndində metamfetamin, 2-ci bəndində amfetamin psixotrop maddələri qeyd edilmişdir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, X4 əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, 21 noyabr 2024-cü il tarixdə X3 Y.Budaqov adına Naxçıvan MR X11 götürülmüş sidik nümunəsində onun psixotrop maddə olan metamfetamin, anfetamin, metadon və benzodiazepin istehlakı faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin inzibati xətanın törədilməsinə görə inzibati xəta törədən şəxs üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə X4 törətdiyi inzibati xətaya görə hansı inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, onun əməlindən peşman olması, himayəsində iki azyaşlı uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı, ona inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə X5 inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə X4 peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar