Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-67/2024 22.11.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cavanşır oğlunun iştirakı ilə, Şəxs Cavanşır oğlunun- 13 sentyabr 200-ci il tarixdə Culfa rayonunun Dizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Culfa rayonunun Dizə kəndində yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cavanşır oğlu 20 noyabr 2024-cü il tarixdə saat 19:30 radələrində Culfa rayonunun Dizə kəndində ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 22 noyabr 2024-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında ******* nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs Cavanşır oğlu izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. 20 noyabr 2024cü il tarixdə saat təxminən 18:30 radələrində Naxçıvan şəhərindən yaşadığı Culfa rayonunun Dizə kəndinə gəlmiş, Naxçıvan şəhərindən kəndə gələn zaman Culfa şəhərindən mağazadan 1 ədəd spirtli içki almış, taksi ilə yaşadığı kəndə gəlmişdir. Dizə kəndinə çatdıqda sonra Dizə kəndindəki ərzaq mağazasından da əlavə evdə içmək üçün bir ədəd spirtli içki almışdır. Saat təxminən 19:30 radələrində həmkəndlisi Niyaməddin adlı şəxs öz avtomobili ilə onun yanından keçmiş, bu zaman telefonu ilə onun avtomobilinin şəklini çəkmək istəmiş, lakin şəkli tam çəkə bilməmişdir. Həmkəndlisi maşınla uzaqlaşdıqdan sonra kəndin mərkəzinə doğru getmiş, kənd mərkəzində yerləşən duracaqda durmuş və oradan 102 xidmətinə zəng vurmuş, Niyaməddin adlı şəxs onun yanından sürətli keçib getdiyi üçün ondan şikayət etmişdir. İçkili olduğu üçün orada kimi söydüyünü və ya qışqıraraq səs-küy saldığını xatırlamır. Təxminən saat 20:30 radələrində Culfa rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş və onu Culfa rayon Polis Şöbəsinə aparmışlar. Culfa rayon mərkəzi xəstəxanasında sərxoşluq testindən keçirilmiş, sərxoş olması müəyyən olunmuş və evə yola salınmışdır. Hərəkətlərindən çox peşmandır, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, Culfa rayonunun Dizə kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 19:10 radələrində atası ilə birlikdə öz avtomobilində kənddən çıxmış və Yaycı kəndinə ot biçən aparatı götürmək üçün getmiş, Yaycı kəndində mağazadan ot biçən aparatı götürmüş və kəndə qayıtmışlar. Kəndin mərkəzinə çatan zaman mərkəzdə avtomobil yolunda olan tranplinə yaxınlaşan vaxt avtomobilin sürətini tam azaltmış və tranplini keçmişdir. Tranplini keçen zaman həmkəndlisi Uğur adlı şəxsin yolun sol hissəsi ilə, təxminən 2 metr aralıda yolun kənarı ilə getdiyini görmüşdür. Avtomobillə tranplini keçdikdən sonra avtomobilin içində olan güzgüdən Uğurun telefonunun arxa işığının yanıb söndüyünü görmüş, atasına “Uğur bizim avtomobilin şəklini çəkdi” demiş, atasa ona “boş ver, çəkirsə çəksin heçnə olmaz” demişdir. Ot biçəni kəndin yuxarı hissəsində yaşayan Abbas adlı şəxsin həyətinə qoymuş, geri qayıtmış və yaşadıqları evə tərəf getmişlər. Kəndin mərkəzindən keçib evə gedən zaman Uğur adlı şəxsin kəndin mərkəzində olan duracaqda olduğunu görmüş, Uğurun yanında avtomobili saxlayıb onun avtomobilinin şəklini çəkməsinin səbəbini soruşmaq istəmiş, lakin atası icazə verməmişdir. Həmin vaxt Uğur kəndin mərkəzində küçədə ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməşini eşitmişdir. Avtomobilini düzgün olaraq saxlamadığını düşünmüş və yaşadıqları evə getmişlər. Məhkəmə iclasında iştirak etmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Cavanşır oğlunun 20 noyabr 2024-cü il tarixdə, saat 19:30 radələrində Culfa rayonunun Dizə kənd mərkəzində ictimai qaydanı pozması məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə də öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş- Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 165 nömrəli aktdan görünür ki, Şəxs 20 noyabr 2024-cü il tarixdə sərxoşluq vəziyyəti alkotestr vasitəsilə yoxlanılmış, sərxoşluğun dərəcəsinin 0.4 promil olması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Cavanşır oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Cavanşır oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etməsə də, onun törətdiyi əməl inzibati xəta haqqında protokolla, şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Cavanşır oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs Cavanşır oğluna inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs Cavanşır oğlunun hərəkətlərindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İcraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1 və 33.1.7-ci maddələrinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi andan, 22 noyabr 2024-cü il, saat 17:05 dəqiqədən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Cavanşır oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 22 noyabr 2024-cü il, saat 17:05 dəqiqədən hesablansın. Şəxs Cavanşır oğlu həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-67/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-67/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver