Məhkəmə qərarları › İş №3(089)-68/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-68/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-68/2025 17.09.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs- xx xxxxxx 1969-cu il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, ünvan 1 ünvanında yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 17 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 14 avqust 2025-ci il tarixdə saat 09:00-da X3rşısında Zərərçəkmiş şəxs boğazından yapışaraq ona fiziki güc tətbiq etmişdir. Faktla bağlı Zərərçəkmiş şəxs Culfa rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsinin İstintaq və Təhqiqat qrupunun müstəntiqi X2 tərəfindən araşdırma aparılmış və 10 sentyabr 2025-ci il tarixli qərar qəbul edilmiş Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Culfa rayon X5 Təhlükəsizlik bölməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir.. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, 14 avqust 2025-ci il tarixdə saat 09:00 radələrində Zərərçəkmiş şəxs ilə taksiyə sərnişin götürmək üstündə mübahisələri olmuş, Zərərçəkmiş şəxs kənarda söhbət edək demiş, Zərərçəkmiş şəxs nəqliyyat vasitəsində əyləşmiş, ona niyə 20 manata dediyi sərnişini 15 manata apardığını, lotu olduğunu demiş, əl-qol atmaq istəmiş, bu zaman o, Zərərçəkmiş şəxs boğazından yapışmışdır. Hərəkətlərinə görə Zərərçəkmiş şəxs üzr istəmiş, onunla barışmış, bir daha belə hərəkətlərə yol verməyəcəyini, Zərərçəkmiş şəxs onu bağışladığını, hərəkətlərindən çox peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 14 avqust 2025-ci il tarixdə saat 09:00 radələrində X3rşısında öz nəqliyyat vasitəsi ilə müştəri gözləyən zaman orada taksi fəaliyyəti ilə məşğul olan Əbülfəz adlı şəxs ona nalayiq ifadələr işlətmiş, bu zaman o, Şəxs ondan nə istədiyini soruşmuş, Şəxs da gəlib onun nəqliyyat vasitəsinin qapısını açaraq boğazından yapışmış, boğmağa çalışmışdır. Həmin vaxt orada olan polis əməkdaşı Ülvü adlı şəxs onları aralaşdırmışdır. Şəxs ondan üzr istəmiş, onunla barışmışdır. Hazırda Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, 14 avqust 2025-ci il tarixdə saat 09:00 radələrində X3rşısında xidmətdə olduğu zaman Culfa şəhər sakini Şəxs ilə Zərərçəkmiş şəxs arasında münaqişə yarandığını görmüş, Şəxs nəqliyyat vasitəsinin içərisində Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən yapışmışdır. Dərhal onlara yaxınlaşmış, aralamışdır. Daha sonra hadisə barəsində Culfa Rayon Polis Şöbəsinə məruzə etmiş, həmin şəxsləri Şöbəyə aparmışdır. Şəxs Zərərçəkmiş şəxs boğazından yapışaraq onu boğmağa çalışmasının şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 Şahid1 ilə eyni məzmunda izahat verərək Şəxs və Zərərçəkmiş şəxs arasında 14 avqust 2025-ci il tarixdə mübahisə yaranmasını, Şəxs Zərərçəkmiş şəxs boğazından tutaraq ona fiziki güc tətbiq etməsini təsdiq etmişdir. İş materiallarında olan- 10 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, HK-1-180/25 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Culfa rayon X5 Təhlükəsizlik bölməsinə göndərilmişdir. Məhkəmə iş üzrə icraatın iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onunla barışdığını, ondan hərəkətlərinə görə üzr istədiyini bildirmiş, Şəxs şikayətinin, tələbinin olmadığını bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata zərər çəkmiş şəxslə barışdığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mebrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar