Məhkəmə qərarları › İş №3(089)-7/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-7/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-7/2022 21.04.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxxx 1974cü il tarixdə Babək rayonunun Sirab kəndində doğulmuş, orta təhsilli, evli, Babək rayonunun Sirab kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 12 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə 119021 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 02 aprel 2022-ci il tarixdə Şəxs idarə etdiyi 99LY923 dövlət nömrə nişanlı, X8 1846 LC markalı, 2009-cu il buraxılışlı, tünd göy rəngli, şassi nömrəsi WDB**********2 olan yük nəqliyyat vasitəsinin dartıcısının sürücü tərəfində, əşyalar yığılan yeşikdən 5 blok, qoşqunun yanğısöndürən balon üçün nəzərdə tutulan yeşiyindən 5 blok kent markalı siqaret aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Babək rayonunun Sirab kəndində yaşayır. Özünə məxsus olan yük maşını ilə Bakı-Naxçıvan və əks istiqamətdə yük daşıyır. Sonunsu dəfə təxminən 2022-ci ilin mart ayının 25-26-da Bakı şəhərinə yük aparmış, 02 aprel 2022-ci il tarixdə isə geri qayıtmışdır. İİR-nın Culfa şəhərində olan zaman 10 blok kent markalı siqaret almış, 5 blok siqareti yük nəqliyyat vasitəsinin dartıcısının sürücü tərəfində, əşyalar yığılan yeşikdən, 5 blok siqateri isə qoşqunun yanğısöndürən balon üçün nəzərdə tutulan yeşiyində gizlətmişdir. Siqareti gizlətməsinə səbəb gömrük nəzarətindən bəyan etmədən keçirmək olmuşdur. Gömrük yoxlaması zamanı siqaretlər aşkar edilmiş, hal şahidlərinin iştirakı ilə gizlətdiyi yerdən götürülmüş, sayılmış, sənədləşdirilmiş, sənədi imzalamışlar. Şəxs izahatında onu da bildirmişdir ki, malların gömrük nəzarətindən gizlədilməklə keçirməyin qadağan olduğunu bilmiş, 10 blok Kent markalı siqaretləri gömrük nəzarətindən keçirmək üçün nəqliyyat vasitəsində gizlətmiş, əvvəllər İİR-dan Naxçıvana gələn zaman nəqliyyat vasitəsində siqaret gizlətməmiş, gömrük nəzarətindən gizli keçirməmişdir. Hərəkətindən çox peşimandır, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X3 izahatında bildirmişdir ki, Culfa Gömrük idarəsinin X7 inspektor vəzifəsində işləyir. 02 aprel 2022-ci il tarixdə xidmətdə olmuşdur. Saat 12 radələrində İİR-dən Naxçıvan Muxtar Respublikasına gələn 99LY923 dövlət nömrə nişanlı, X8 1846 LC markalı, tünd göy rəngli yük nəqliyyat vasitəsininin sürücüsünün davranışı onda şübhə yaratmış, hal şahidlərinin iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirilməsi qərara alınmış, gömrük ərazisində olan Culfa şəhər sakinləri X2 və Şahid1 baxış zamanı hal şahidi kimi iştirak etmələri üçün dəvət etmiş, hal şahidlərinin iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirmiş, nəqliyyat vasitəsinin dartıcısının sürücü tərəfində, əşyalar yığılan yeşikdən 5 blok, qoşqunun yanğınsöndürən balon üçün nəzərdə tutulan yeşiyindən 5 blok kent markalı siqaret aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər onun, Şəxs və hal şahidlərinin iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, protokolu özü, sürücü və hal şahidləri imzalamışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X2 və Şahid1 izahatlarında 02 aprel 2022-ci il tarixdə, saat təxminən 12 radələrində Şəxs idarə etdiyi 99LY923 dövlət nömrə nişanlı, Mesedess Benz markalı, tünd göy rəngli yük nəqliyyat vasitəsinə baxış keçirildiyini, nəqliyyat vasitəsinə baxış keçirilən zaman hal kimi iştirak etdiklərini, baxış zaman nəqliyyat vasitəsinin dartıcısının sürücü tərəfində, əşyalar yığılan yeşikdən 5 blok, qoşqunun yanğınsöndürən balon üçün nəzərdə tutulan yeşiyindən 5 blok kent markalı siqaretin aşkar edildiyini, aşkar olunmuş siqaretlərin götürüldüyünü, qablaşdırıldığını, protokol tərtib edildiyini, protokolu imzaladıqlarını bildirmişlər. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. Belə ki, iş materillarına əlavə edilmiş 02 aprel 2022-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 02.04.2022-ci il tarixdə saat 11 radələrində X10 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı, 09 mart 2022-ci il tarixdə verilmiş C03213705 nömrəli xarici pasportun sahibi, xx xxxxxx 1974-ci il təvəllüdlü Şəxs idarə etdiyi 99LY923 dövlət nömrə nişanlı, “X9 1846 LS markalı, 2009-cu il buraxılışlı, tünd göy rəngli, şassi nömrəsi WDB9340421L416532 olan yük nəqliyyat vasitəsinə baxış keçirilmiş, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi 99LY923 dövlət nömrə nişanlı, “X9 1846 LS markalı yük nəqliyyat vasitəsinin dartıcısının sürücü tərəfində olan, əşyalar yığılan yeşikdən 1000 ədəd (5 blok), qoşqunun yanğınsöndürən balon üçün nəzərdə tutulan yeşiyindən isə daha 1000 ədəd (5 blok) olmaqla, ümumilikdə 2000 ədəd (10 blok) kent markalı siqaretlər aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 12 aprel 2022-ci il tarixli, 94 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilən heç bir aksiz markası ilə markalanmayan, istifadəyə yararlı vəziyyətdə 1 qutu “Kent” markalı siqaretin orta bazar qiyməti 2,50 (iki manat əlli qəpik), 10 blokun ümumilkdə qiyməti 250 (iki yüz əlli) manat həcmində müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “ İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 2000 ədəd (10 blok) Kent markalı siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs hərəkətindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olmuş, Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 2000 ədəd (10 blok) Kent markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar