Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-7/2025 28.01.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- xx xxxxxxxx 2000-ci il tarixdə Culfa rayonunun Dizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Culfa rayonunun Dizə kəndində yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28 yanvar 2025ci il tarixdə saat təxminən 03 radələrində Culfa şəhəri E.Nağıyev küçəsində ictimai qaydanı səs-küy salaraq pozmuş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 28 yanvar 2025-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında ******* nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilir. 27 yanvar 2025-ci il tarixdə yaşadığı Dizə kəndindən saat təxminən 08:30 radələrində çıxıb Naxçıvan şəhərinə getmiş, bacısı Aytacın uşağı olduğundan onun uşağına yataq dəsti almaq üçün bazara getmiş, Naxçıvan şəhərində işlərini görüb bitirdikdən sonra, saat təxminən 20:00 radələrində Culfa şəhərinə gəlmiş və Culfa şəhərində olan hərbiçi dostu Kamal adlı şəxsin evinə getmiş, orada yemək yemiş, spirtli içki qəbul etmişdir. Daha sonra isə içkili olduğu üçün psixologiyası pozulmuş və əsəbiləşmiş, mobil telefonu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə dəfələrlə zəng vurub onları narahat etmiş və onlara olduğu yeri Dizə kəndi yerinə “Zirədəyəm” deyib aldatmışdır. Sonra isə 102 xidmətinə zəng vurub intihar edəcəyini deyərək yenidən onları aldatmış, içkili olduğu üçün 102 xidmətinə dəfələrlə zəng vurub səbəbsiz yerə onları məşğul etmişdir. Saat təxminən 03 radələrində dostu Kamalın evindən çıxmış, bu zaman Culfa rayon Polis Şöbəsindən ona zəng gəlmiş, 102 xidmətini bilə-bilə yalandan aldatdığına görə şikayət daxil olduğu bildirilmişdir. Polis əmkdaşladına yerini demiş və polis əməkdaşları gəlmiş, onu Culfa şəhər mərkəzi xəstəxanasına aparmışlar. Orada sərxoşluq testindən keçirmişlər, lakin içkili olduğu üçün sənədə qol çəkməkdən imtina etmiş və xəstəxananın həyətində səs-küy salmağa başlamışdır. Bu zaman polis əməkdaşı ona səs-küy salmamağı, ictimai qaydanı pozmamağını bildirmiş və onu nizam-intizama dəvət etmiş, lakin o polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Polis əməkdaşları onu avtomobilə əyləşdirmiş, Culfa Rayon Polis Şöbəsinə aparmışlar. Hərəkətlərindən çox peşmandır, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Şahid izahatında bildirmişdir ki, hazırda Culfa şəhərində ailəsi ilə birlikdə yaşayır. 07 iyun 2014-cü il tarixdən Daxili İşlər orqanlarında xidmətə başlamışdır. 28 yanvar 2025-ci il tarixdə Culfa Rayon Polis Şöbəsində xidmətdə olduğu üçün Polis Şöbəsinə daxil olan məlumatlara o qəbul etmişdir. 28 yanvar 2025-ci il tarixdə saat təxminən 03 radələrində Culfa rayonunun Dizə kənd sakini Şəxs 102 xidmətinə zəng vurub yalan məlumat verdiyi və intihar edəcəyini bildirdiyi üçün zəng vurmuş və harda olduğunu öyrənmişdir. Xidməti avtomobil ilə Uğur adlı şəxsin yanına getmiş, onun içkili olduğunu gömüş, onu Culfa rayon mərkəzi xəstəxanasına aparmış, Uğur adlı şəxs orada sərxoşluq yoxlamasından keçdikdən sonra sərxoşluq haqqında yazılan sənədə qol çəkməkdən imtina etmiş və küçəyə çıxaraq səs-küy salmağa, ictimai qaydanı pozmağa başlamışdır. O, Şəxs səs-küy salmamasını, ictimai qaydanı pozmamasını qanuni şəkildə tələb etmiş, lakin o, onun qanuni tələbinə tabe olmamış, ona “sənin paqonlarını sökdürəcəm, səni işdən çıxartdıracam” deyib hədə-qorxu gəlmişdir. O, Uğur adlı şəxsi polisin qanuni tələbinə tabe olmadığına görə xidməti avtomobili ilə Culfa Rayon Polis Şöbəsinə aparmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 28 yanvar 2025-ci il tarixdə, saat təxminən 03 radələrində Culfa şəhəri, E.Nağıyev küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında dindirilmiş şahidin izahatı ilə də öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş- Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 11 nömrəli aktdan görünür ki, Şəxs 28 yanvar 2025-ci il tarixdə sərxoşluq vəziyyəti alkotest vasitəsilə yoxlanılmış, sərxoşluğun dərəcəsinin 1.2 promil olması müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 12 nömrəli aktdan görünür ki, Şəxs 28 yanvar 2025-ci il tarixdə sərxoşluq vəziyyəti alkotest vasitəsilə yoxlanılmış, sərxoş olmaması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, şahidin izahatı ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs hərəkətlərindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İcraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1 və 33.1.7-ci maddələrinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 28 yanvar 2025ci il tarixdən, saat 12:40-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 28 yanvar 2025-ci il, saat 12:40-dan hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-7/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-7/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver