Məhkəmə qərarları › İş №3(089)-70/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-70/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-70/2024 18.12.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1-xx.xx.1992-ci il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, sürücü işləyən, İran İslam Respublikası, Mərənd şəhəri, Yamçı kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 barəsində 03 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 15 noyabr 2024-cü il tarixdə saat 19:50-də X11 vasitəsilə İran İslan Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “alüminium” yükü apararkən idarə etdiyi 24AA609/95AK492 dövlət qeydiyyat nişanlı, “Renault Premıum” markalı yük nəqliyyat vasitəsi “Culfa” gömrük postunun inspektoru Şahid1 tərəfindən videoçəkiliş aparılmaqla yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcı hissəsində kabinin içərisindəki yatağın üstündə olan 3 ədəd yastığın içərisindən hər birində 5 ədəd olmaqla gizlədilmiş 15 ədəd təbii saç aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, 04 dekabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, hazırda Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun inspektoru vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən, həmin gün axşam radələrində İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “alüminium” yükü aparan İran İslam Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 24AA609/95AK492 dövlət nömrə nişanlı, “Renault Premıum” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttinə yaxınlaşmış, sənəd işlərini gördükdən sonra həmin nəqliyyat vasitəsini yoxlamaq üçün anbara aparmış, daha sonra nəqliyyat vasitəsinə baxış keçirmək üçün gömrük əməkdaşı Şahid1 videoçəkiliş apararaq ona kömək etməsi üçün dəvət etmişdir. Əvvəlcə sürücüdən idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan ediləsi nəsə varmı deyə soruşmuş, sürücü isə nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan ediləsi heçnə olmadığını bildirmişdir. Sonra nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı nəqliyyat vasitəsinin sürücü kabinində alt yatağın üzərində olan 3 ədəd yastığın içərisində gizlədilmiş halda, ümumilikdə 15 ədəd təbii qadın saçı aşkar etmişdir. Sonra nəqliyyat vasitəsini və daşınan yükü ətraflı yoxlamış, lakin qadağan olunmuş heçnə aşkar etməmişdir. Sonda aşkar edilmiş 15 ədəd təbii qadın saçlarını sürücünün də iştirakı ilə qablaşdırıb götürmüş, yoxlama barədə protokol tərtib etmiş və iştirakçılarla birgə imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 da Şahid2 ilə eyni məzmunda izahat vermişdir. X3 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 15 noyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 15 noyabr 2024-cü il tarixdə X11 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “alüminium” yükü aparan, İran İslam Respublikasının vətəndaşı, Mərənd şəhər sakini, xx.xx.2022-ci il tarixdə verilmiş P******** nömrəli xarici pasportun sahibi, xx.xx.1992-ci il təvəllüdlü X1 idarə etdiyi 24AA609/95AK492 dövlət qeydiyyat nişanlı, “Renault Premıum” markalı yük nəqliyyat vasitəsinə “Culfa” gömrük postuna təhkim olunmuş “Şahtaxtı” gömrük postunun inspektoru Şahid1 tərəfindən videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində yatağın üzərində olan 3 ədəd yastığın içərisindən hər birində 5 ədəd olmaqla gizlədilmiş, ümumilikdə 15 ədəd təbii saç aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 29 noyabr 2024-cü il tarixli, 1407 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təbii saçların hadisə baş verən tarixə yəni, 2024-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1770,00 (bir min yeddi yüz yetmiş) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 15 ədəd təbii saç müsadirə edilməlidir. Məhkəmə X2 inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, X1 şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 40 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, uzunluğu 50 sm, çəkisi 164 qram, qiyməti 130 manat olan 01 ədəd təbii saç, uzunluğu 50 sm, çəkisi 82 qram, qiyməti 90 manat olan 01 ədəd təbii saç, uzunluğu 50 sm, çəkisi 186 qram, qiyməti 150 manat olan 01 ədəd təbii saç, uzunluğu 45 sm, çəkisi 97 qram, qiyməti 100 manat olan 01 ədəd təbii saç, uzunluğu 50 sm, çəkisi 160 qram, qiyməti 100 manat olan 01 ədəd təbii saç, uzunluğu 50 sm, çəkisi 151 qram, qiyməti 120 manat olan 01 ədəd təbii saç, uzunluğu 50 sm, çəkisi 110 qram, qiyməti 100 manat olan 01 ədəd təbii saç, uzunluğu 55 sm, çəkisi 149 qram, qiyməti 120 manat olan 01 ədəd təbii saç, uzunluğu 50 sm, çəkisi 197 qram, qiyməti 150 manat olan 01 ədəd təbii saç, uzunluğu 50 sm, çəkisi 127 qram, qiyməti 100 manat olan 01 ədəd təbii saç, uzunluğu 55 sm, çəkisi 137 qram, qiyməti 150 manat olan 01 ədəd təbii saç, uzunluğu 50 sm, çəkisi 82 qram, qiyməti 90 manat olan 01 ədəd təbii saç, uzunluğu 45 sm, çəkisi 212 qram, qiyməti 170 manat olan 01 ədəd təbii saç, uzunluğu 50 sm, çəkisi 98 qram, qiyməti 100 manat olan 01 ədəd təbii saç, uzunluğu 50 sm, çəkisi 84 qram, qiyməti 100 manat olan 01 ədəd təbii saç, ümumilikdə dəyəri 1770 manat olan 15 ədəd təbii saç müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 40 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar