Məhkəmə qərarları › İş №3(089)-73/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-73/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-73/2024 12.12.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Fərzəliyeva Günel Həsən qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Culfa rayon İcra və Probasiya Bölməsinin icra məmuru X1 iştirakı ilə ,Şəxsxx.xx.2003-cü il tarixdə Culfa şəhərində doğulmuş, subay, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan- Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Culfa rayon İcra və Probasiya Bölməsindən daxil olmuş inzibati materiala baxaraq, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Bakı Şəhər Nərimanov rayon Məhkəməsinin 3(005)-2671/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə ona təyin edilmiş ictimai işlər inzibati tənbehini çəkməkdən imtina etmişdir. Həmin faktla bağlı Culfa rayon İcra və Probasiya Bölməsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq həmin tarixdə baxılması üçün Culfa rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, Bakı Şəhər Nərimanov rayon Məhkəməsinin 3(005)-2671/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinmiş, ona 160 saat ictimai işlər inzibati tənbeh tətbiq edilmişdir. Ona təyin olunmuş ictimai işlər inzibati tənbehini yerinə yetirməmiş, inzibati tənbehi çəkməmək məqsədilə Bakı şəhərində yaşadığı evdə gizlənmişdir. Məhkəmə iclasında Culfa rayon İcra və Probasiya Bölməsinin icra məmuru X2 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmişdir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədilə gizlənməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 78.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. 78.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. 529.4. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə- üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə edilmiş 20 noyabr 2024-cü il tarixli, 282261/2024 nömrəli axtarış qərarının surətindən görünür ki, S.Əmirovun barəsində axtarış elan edilmişdir. Məhkəmə, Şəxs izahatını sübut kimi qəbul edir. Belə ki, özü məhkəmə iclasında bildirmişdir ki, məhkəmə qərarı ilə təyin edilmiş inzibati tənbehi yerinə yetirməmiş, inzibati tənbehi çəkməmək məqsədilə gizlənmişdir. Məhkəmə hesab edir ki, məhkəmə qərarlarının icrasından boyun qaçırma hallarının artmaması və bu kimi halların çoxalmaması məqsədilə hazırkı işlə bağlı həbs inzibati tənbehi tədbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs İİİ qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinsin və 25 (iyirmi beş ) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar