Məhkəmə qərarları › İş №3(089)-74/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-74/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-74/2025 21.10.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Fərzəliyeva Günel Həsən qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı X3 nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı X2 daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.2.3-cü maddəsi ilə 06 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən 02 oktyabr 2025-ci il tarixdə Şəxs tərəfindən Culfa rayonu, Ərəzin kəndində içməli, məişət və tullantı sularının təyinatsız olaraq su təsərrüfat obyektinə axıdılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı X3 nümayəndəsi X5 izahatında bildirmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı X6 yaradılmamışdan öncə "xxxx" MMC adı altında fəaliyyət göstərmişlər. Hər bir bölgədə mühəndisləri var və onlar kəndlərdə qanunauyğun hərəkətlərin edilib-edilməməsi barədə məlumat verirlər. Culfa rayonunun Ərəzin kəndində cari ilin əvvəlindən bir neçə dəfə yoxlama keçirilmiş, elanlar vurulmuş, əhali məlumatlandırılmışdır ki, içməli, məişət və tullantı sularının təyinatsız olaraq axıdılmasının qarşısı alınsın. Bu məqsədlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı X6 yaradıldıqdan sonra da yoxlama keçirmişlər, aktlar tərtib edilmiş, əhalinin məlumatlandırılması üçün icra nümayəndəlikləri və bələdiyyələrlə danışıqlar aparılmışdır. Sonuncu dəfə yoxlama keçirən zaman Culfa rayonu, Ərəzin kənd sakini Şəxs işlətdiyi obyektdə-çayxanada içməli, məişət və tullantı sularının təyinatsız olaraq Ərəzin kəndində “Ara arx” kimi tanınan su təsərrüfatı obyektinə axıdılması faktı müəyyən olunmuşdur. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən barəsində protokol tərtib edilmişdir. Qanuna uyğun olaraq protokol tərtib edilmişdir, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Ərəzin kəndində yaşayır. Barəsində tərtib edilmiş protokolla razıdır. Suyu təyinatsız olaraq axıtmışdır. Protokol tərtib edildikdən sonra nöqsanları aradan qaldırmışdır. Hərəkətlərindən peşmandır. Məhkəmədən ən aşağı məbləğdə cərimə tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 02 oktyabr 2025-ci il tarixli, 002817 saylı aktdan görünür ki, 02 oktyabr 2025-ci il tarixdə Culfa rayonu, Ərəzin kəndində obyekt və fərdi yaşayış evlərinə keçirilmiş yoxlama tədbirləri zamanı Ərəzin kənd sakini Şəxs tərəfindən içməli, məişət və tullantı sularının təyinatsız olaraq Ərəzin kəndində “Ara arx” kimi tanınan su təsərrüfatı obyektinə axıdılması müəyyən olunmuşdur. İnzibati xəta haqqında 06 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən Culfa rayonu, Ərəzin kəndində içməli, məişət və tullantı sularının təyinatsız olaraq su təsərrüfat obyektinə axıdılması faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs tərəfindən içməli, məişət və tullantı suları Ərəzin kəndində “Ara arx” kimi tanınan su təsərrüfatı obyektinə təyinatsız olaraq axıdılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 100 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar