Məhkəmə qərarları › İş №3(089)-76/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-76/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-76/2023 07.11.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və zərər çəkmiş şəxs X4 iştirakı ilə, X2-xx xxxxxx 1982-ci il tarixdə Culfa rayonunun Ərəzin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, təqaüdçü, Culfa rayonunun Ərəzin kəndində yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 barəsində 07 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 017102 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 06 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində Culfa rayonunun Qızılca kəndində X6 döymüş, ona fiziki ağrı yetirmişdir. Faktla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Culfa rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, polis şöbəsinin istintaq və təhqiqat qrupunun təhqiqatçısı F.Hüseynli tərəfindən HK-1-135/23 nömrəli material üzrə araşdırma aparılmış, 04 noyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Q.Mehdisoyun barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Culfa rayon X11 Təhlükəsizlik Bölməsinə göndərilmiş, polis sahə rəisi İlham Əliyev tərəfindən inzibati araşdırma aparılmış və Q.Mehdisoyun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Q.Mehdisoy özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilmiş, 06 oktyabr 2023-cü il tarixdə qızının qayınanası Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə səbəbindən Zərərçəkmiş şəxs vurduğunu, ondan üzr istədiyini, onula barışdığını, hərəkətlərindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, Zərərçəkmiş şəxs onu bağışladığını bildirmiş, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs X7 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Q.Mehdisoy oğlunun qayınatasıdır. 06 oktyabr 2023-cü il tarixdə saat təxminən 23 radələrində aralarında baş vermiş ailə münaqişəsi zəminində Q.Mehdisoy ağac parçası ilə onun sağ qolunun bilək nahiyəsinin yuxarı hissəsindən vurmuş, ona fiziki ağrı yetirmişdir. Q.Mehdisoy onunla barışmışdır. Hazırda Q.Mehdisoya qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş, Şahid1, X3 və X9 izahatlarında 06 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində Qızılca kəndində Q.Mehdisoyun ailə münaqişəsi zəminində Zərərçəkmiş şəxs ağac parsası ilə sağ qolunun bilək nahiyəsinin yuxarı hissəsindən vurduğunu şahidi olduğunu bildirmişlər. Məhkəmə iş üzrə icraatın iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Q.Mehdisoyun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Q.Mehdisoyun onunla barışdığını, Q.Mehdisoyun ondan hərəkətlərinə görə üzr istədiyini, Q.Mehdisoydan şikayətinin olmadığını bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Q.Mehdisoy zərər çəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar