Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-78/2023 27.11.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxxxxx 1998-ci il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbayacan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Culfa rayonunun Yaycı kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 15 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 27 iyul 2023-cü il tarixdə saat 13:28-də Bakıdan Naxçıvana İran İslam Respublikasının ərazisindən tranzit keçməklə “yanacaq” gətirənzaman idarə etdiyi 99NT703/99ZA467 dövlət qeydiyyat nişanlı, “RENAULT” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti xəttində yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqu hissəsinin arxasında yerləşən dəmir su çəninin içərisinə gizlədilmiş aksiz markası ilə markalanmayan 1060 qutu (21200 ədəd) “Nanotek 2.0 Kent” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-in 480ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildrimişdir ki, Culfa rayonunun Yayci kəndində yaşayır. Sürücü işləyir. Təxminən 4 ildən çoxdur ki, Bakı şəhərindən Naxçıvana dizel yükünün daşınması ilə məşğul olur. xx.xx.2023-cü il tarixində Bakıdan Naxçıvan dizel yükü gətirmək üçün yola çıxmış, Biləsuvar gömrük postundan İİR-yə gəlmiş, İİR-da Qaraçılar kəndidə yerləşən mağazadan 106 blok “Kent" markalı siqaret almış, siqaretləri nəqliyyat vasitəsinin qoşqusunda yerləşən su çəninin içərisində gizlətmişdir. xx.xx.2023-cü il tarixində X4ndan ölkəyə giriş etmiş, giriş istiqamətində nəqliyyat vasitələrinin müayinə olunduğu yerə gəlmişdir. Gömrük əməkdaşı ondan nəqliyyat vasitəsində bəyan ediləcək nəyinsə olub olmadığını soruşmuş, nəqliyyat vasitəsinin kəbinində yalnız 1 blok siqaretin olduğunu bildirmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsinin arxasında yerləşən dəmir su çəninin içərisinə gizlədilmiş aksiz markası ilə markalanmayan 1060 qutu “Nanotek 2.0 Kent” markalı siqaretlər aşkar edilmiş və götürülmüşdür. Hərəkətlərindən çox peşmandır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, X3 böyük inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə xidmətdə olmuş, Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 99NT703/99ZA467 dövlət qeydiyyat nişanlı, “RENAULT” markalı yük nəqliyyat vasitəsi X4na yaxınlaşmış, sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin sənədlərini qeydiyyatdan keçirdikdən sonra onunla biraz söhbət etmiş, nəqliyyat vasitəsində hər hansı qadağan olmuş predmetin olubolmamasını soruşmuş, o, nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Nəqliyyat vasitəsində daşınan yükə, nəqliyyat vasitəsinə tam və ətraflı baxış keçirmək barədə qərara gəlmiş, böyük inspektor Şahid2 dəvət etmiş, onun iştirakı ilə video çəkiliş vasitəsilə nəqliyyat vasitəsinə baxış keçirməyə başlamışdır. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqu hissəsinin arxasında yerləşən dəmir su çəninin içərisində gizlədilmiş 1060 qutu “Nanotek 2.0 Kent” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilmiş, aşkar olunmuş siqaretlər Şahid2 və sürücünün iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, özü, sürücü və Şahid2 protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 27 iyul 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokolun surətindən görünür ki, 27 iyul 2023-cü il tarixdə X4 vasitəsilə Bakıdan İran İslam Respublikasının ərazisindən tranzit keçməklə “yanacaq” yükü gətirən, Azərbaycan Respublikasının vətəndaşı Culfa rayonun Yaycı kənd sakini, xx.xx.2023-cü il tarixdə verilmiş C03040656 nömrəli pasportun sahibi, xx.xx.1998-ci il təvəllüdlü Şəxs idarə etdiyi 99NT703/99ZA467 dövlət qeydiyyat nişanlı, “RENAULT” markalı yük nəqliyyat vasitəsinə video çəkiliş vasitəsilə baxış keçirilmiş, yoxlama zamanı gömrük nəzarətindən gizlədilmiş, yük nəqliyyat vasitəsinin qoşqu hissəsinin arxasında yerləşən dəmir su çəninin içərisindən 1060 qutu (21200 ədəd) “Nanotek 2.0 Kent” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş 14 avqust 2023-cü il tarixli,3016-16/2-7/1118-9/5981 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1060 qutu “Nanotek 2.0 Kent” markalı siqaretlərin orta bazar qiyməti 4 manat, ümumi dəyəri 4240.00 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 997 qutu siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin-3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan üzərində “Nanotek 2.0 Kent” yazısı olan 997 qutu (19940 ədəd) siqaret (1 qutunun qiyməti 4.00 manat) müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-78/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-78/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver