Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-79/2025 04.11.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- xx xxxx 2008-ci il tarixdə İmişli rayonunun Nurlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fəhlə işləyən, inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-barəsində Culfa Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 04 noyabr 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 04 noyabr 2025-ci tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 Şəxs götürülmüş sidik nümunəsindən psixotrop maddə olan THC (tetrahidrokannabinol) istehlakı faktı aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Culfa rayon prokuroru Afət Kərimliyə məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat təqdim etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 54.6-cı maddəsinə əsasən prokurorun iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 54.6-cı maddəsində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmiş, izahatında bildirmişdir ki, təxminən 1 həftə bundan öncə yaşadığı Bakı şəhəri, Səbail rayonunda axşam saatlarında, təqribən saat 10:00-11:00 arası tütün məmulatı çəkmək üçün çölə çıxmış, həmin vaxt qarşısında bükülmüş vəziyyətdə sellofanda olan torba görmüş və içini açıb baxdıqda birinci onu qoxlamış, daha sonra həmin bükümün narkotik vasitəyə bənzədiyini görmüşdür. Həmin narkotik vasitəyə bənzər bükümü cibinə qoymuş, daha sonra sosial şəbəkələrdən həmin narkotik vasitənin necə istifadə olunduğunu araşdırmışdır. Araşdırdıqdan sonra həmin bükümün içərisindəki narkotik vasitəni üzərində olan tütün məmulatının içinə dolduraraq istifadə etməyə başlamışdır. 01 noyabr 2025-ci il tarixdə “N” saylı hərbi hissədə xidmət edən qardaşı X4 və sevdiyi qızı görmək üçün Naxçıvan şəhərinə gəlmiş, ilk öncə qabaqcadan kirayə olaraq tutduğu evdə sevdiyi qız- Fatimə adlı şəxslə görüşmüş, görüşdükdən sonra Fatimə adlı şəxsin valideyni onu 102 xidmətinə şikayət etmişdir. Daha sonra şəxsi mobil nömrəsinə zəng gəlmiş, polis əməkdaşları onunla söhbət apararkən hal və hərəkətlərindən şübhələnmişlər və bu səbəbdən 04 noyabr 2025-ci il tarixdə Naxçıvan MR X2 müayinə olunmuş, THC (tetrahidrokannabinol) psixotrop maddəsindən istifadə etməsi müəyyən olunmuşdur. Şəxs izahatında həmçinin hərəkətindən çox peşman olduğunu, əvvəllər inzibati xəta törətmədiyini bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan- Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 03 noyabr 2025-ci il tarixli, 3-28-34-4/2- 2725/2025 nömrəli məktubda qeyd edilmişdir ki, 03 noyabr 2025-ci il tarixdə dispanserdə narko-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində THC ( tetrahidrokannabinol) müsbət aşkar olundu. Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 04 noyabr 2025-ci il tarixli, 520 saylı narkoloji tibbi yoxlamanın rəyində qeyd edilmişdir ki, Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin, fiziki və psixi asılılıq əlamətləri müşahidə edilmədən narkotik və psixotrop maddə istifadə istifadəsi inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs Amin oğlu 04 noyabr 2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə THC ( tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısının 44-cü bəndində “Tetrahidrokannabinol” psixotrop maddəsi qeyd edilmişdir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, 04 noyabr 2025-ci il tarixdə Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 götürülmüş sidik nümunəsində onun psixotrop maddə olan THC ( tetrahidrokannabinol) istehlakı faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin inzibati xətanın törədilməsinə görə inzibati xəta törədən şəxs üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətaya görə hansı inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı, ona inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-79/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-79/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver