Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-81/2025 05.11.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs-xx xxxxxxxx 1973-cü il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaq anası, xadimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 05 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 04 oktyabr 2025-ci il tarixdə, axşam saatlarında Culfa rayonunun Yaycı kəndində atasının həyətində Zərərçəkmiş şəxs qolunu buraraq ona fiziki ağrı yetirmiş, onu geri döndərərək itələmişdir. Faktla bağlı Zərərçəkmiş şəxs Culfa Rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsinin İstintaq və Təhqiqat qrupunun təhqiqatçısı E.Məmmədov tərəfindən araşdırma aparılmış və 31 oktyabr 2025-ci il tarixli qərar qəbul edilmiş Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Culfa rayon X3 Təhlükəsizlik bölməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir.. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilməmiş, izahatında bildirmişdir ki, 04 oktyabr 2025-ci il tarixdə axşam saatlarında Culfa rayonunun Yaycı kəndində atasının yaşadığı evdə olmuş, həmin vaxt küçə qapısının açıldığını, Zərərçəkmiş şəxs həyətə girdiyini görmüş, evdən həyətə çıxaraq Zərərçəkmiş şəxs onların evinə niyə gəldiyini soruşmuş, sadəcə qolundan tutaraq, “buradan çıx get” demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qışqıraraq ona qarşı nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs döyməmiş, hər hansı xəsarət yetirməmişdir. Barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 04 oktyabr 2025-ci il tarixdə əmisinin yoldaşı Şahid Culfa rayonunun Yaycı kəndindən Culfa şəhərinə aparmaq istəmiş, həmin gün axşam saatlarında taksi ilə Culfa rayonunun Yaycı kəndinə getmiş, əmisinin arvadı Şahid yaşadığı atasının həyətinə girmiş, həmin vaxt Şəxs evdən çıxmış, onun üstünə gələrək qolundan tutmuş, qolunu burmuş, onu döndərərək itələmiş, ona qarşı nalayiq ifadələr işlətmişdir. Daha sonra evdən əmicanısı Şahid çıxmış, “bu ev atamın evidir, heç kim bu evə kiminsə gəlməyinə müdaxilə edə bilməz” demişdir. Şəxs ona xəsarət yetirmişdir. Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid izahatında bildirmişdir ki, 04 oktyabr 2025-ci il tarixdə Culfa rayonunun Yaycı kəndində atasınını evində olan zaman qaynının qızı Zərərçəkmiş şəxs onu Culfa şəhərinə, öz evlərinə aparmaq üçün mobil telefon vasitəsilə ona zəng etmiş, bir müddət keçdikdən sonra isə Zərərçəkmiş şəxs taksi ilə atasının yaşadığı evə gəlmiş, həyətə girmiş və çöldə səs-küy yaranmışdır. O da dərhal çölə çıxmış, bacısı Şəxs qaynının qızı Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək onu həyətdən qovduğunu görmüş, onları sakitləşdirmək üçün evin atasının evi olduğunu, Zərərçəkmiş şəxs o evə gəlməsinə kiminsə müdaxilə edə bilməyəcəyini bildirmişdir. Şəxs Zərərçəkmiş şəxs döydüyünü, ona xəsarət yetirdiyini görməmişdir. İş materiallarında olan- 31 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, HK-1-234/25 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Culfa rayon X3 Təhlükəsizlik bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM–nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 04 oktyabr 2025-ci il tarixdə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döyməsi iş materialları ilə təkzib edilmişdir. Belə ki, Şəxs 04 oktyabr 2025-cü il tarixdə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs döyməsi ilə bağlı hər hansı sübut olmadığından bu fakt öz təsdiqini tapmır. Bundan əlavə, Culfa Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı Eltun Məmmədovun 31 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından da görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda məhkəmə o, nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyi sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Həmçinin həmin işin araşdırılması zamanı Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlərin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası keçirilməmiş, ekspert rəyi alınmamış və iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı işlərdə məhkəmə-tibb ekspertizasının keçirilməsi və xəsarətlə bağlı müvafiq rəyin təqdim edilməsi sübutlar baxımından iş üçün mühüm əhəmiyyət kəsb edir. Şahidin məhkəmə iclasında verdiyi izahata gəldikdə isə məhkəmə qeyd edir ki, Şahid tərəflər arasında sözlü münaqişə olduğunu eşitmiş, lakin Şəxs Zərərçəkmiş şəxs döyməsinin, ona xəsarət yetirməsinin şahidi olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs əməllərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №3(089)-81/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-81/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver