Məhkəmə qərarları › İş №3(089)-82/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-82/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-82/2023 22.12.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Şəxs-xx xxxxxx 1967-ci il tarixdə Culfa rayonun Qazançı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Culfa rayonunun Qazançı kənd tam orta məktəbində mühafizəçi işləyən, ünvan 1 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 06 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə 017113 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan mülki silahı əldə etmiş, saxlamışdır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından (AR Daxili İşlər Nazirliyi) xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, Culfa rayonunun Qazançı kəndində yaşayır, Qazançı kənd tam orta məktəbində mühafizəçi işləyir. 16 fevral 2023-cü il tarixdə Culfa rayon Polis Şöbəsinin əməkdaşlarının Qazançı kəndində Şəxs Qadir oğluna məxsus olan fərdi yaşayış evində divanın altında gizlədilmiş iki lüləli ov silahının aşkar edilərək götürülməsinin şahidi olmuşdur. Silah qara selafon torbada sökülmüş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 216 fevral 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Culfa rayonunun Qazançı kəndində Şəxs Qadir oğlunun evinə baxış keçirilmiş, fərdi yaşayış evində, otaqda olan divanın altından qara rəngli selafon torbaya bükülmüş halda bir ədəd TOZ-BM modelli 144097nömrəli, silah, 3 ədəd patron aşkar olunaraq götürülmüşdür. 07 mart 2023-cü il tarixli 189 nömrəli məhkəmə ekspertiza rəyində qeyd edilmişdir ki, təqdim edilmiş silah SSRİ-də Tula silah zavodunda 1964-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 144097 nömrəli, patronluğunun uzunluğu 70 mm olan, 20 kalibrli, TOZ-BK modelli, xarici çaxmaqlı, qoşalüləli ov tüfəngidir-yivsiz (hamar) odlu ov silahıdır və dəyişikliklər edilməmişdir. Təqdim edilmiş 3 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 20 kalibrli olmaqla, uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır, istifadəyə yaralıdır. 17 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməlində İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Culfa Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs SSRİ-də Tula silah zavodunda 1964-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 144097 nömrəli, patronluğunun uzunluğu 70 mm olan, 20 kalibrli, TOZ-BK modelli, xarici çaxmaqlı, qoşalüləli ov tüfəngidir-yivsiz (hamar) odlu ov silahını əldə edərək saxlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi şahidlərin izahatı və inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. “Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda inzibati xətanın törədildiyi gündən artıq üç ay müddət keçmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Abbasov X3 Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətsə də, müddətin keçməsi ilə bağlı, o, inzibati məsuliyyətdən azad edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar olduqda barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh vermənin müddət axımı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən başlamış olur. Göründüyü kimi, 17 mart 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərarın qəbul edildiyi vaxtdan 8 ay keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İş materiallarından görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin dizpozisiyasında nəzərdə tutulmuş xətanı törətməsi 17 mart 2023-cü il tarixdə aşkara çıxmış, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan 8 ay keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd Tula silah zavodunda 1964-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 144097 nömrəli, patronluğunun uzunluğu 70 mm olan, 20 kalibrli, TOZ-BK modelli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz (hamar) ov tüfəngi, 3 ədəd zavod üsulu ilə istehsal edilmiş, 20 kalibrli olmaqla, uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlar müsadirə edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.4, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsi tətbiq edilməklə inzibati xəta haqqında işin icraatına xitam verilsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Rayon Polis Şöbəsində saxlanılan Tula silah zavodunda 1964-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 144097 nömrəli, patronluğunun uzunluğu 70 mm olan, 20 kalibrli, TOZ-BK modelli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz (hamar) ov tüfəngi, 3 ədəd zavod üsulu ilə istehsal edilmiş, 20 kalibrli olmaqla, uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlar müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar