Məhkəmə qərarları › İş №3(089)-83/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-83/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-83/2023 14.12.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Şahid1 Təvəkkül qızının iştirakı ilə, Şəxs-xx xxxxxxxx 1973-cü il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, müvəqqəti işsiz, ünvan 1 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi Şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Culfa şəhəri, H.Əliyev prospektində yerləşən Kapital Bank ASC-nin Culfa filialının inzibati binasının qarşısında Şahid1 Təvəkkül qızının saçından tutmuş, sifətindən və bədəninin müxtəlif nahiyələrindən vuraraq döymüşdür. Culfa rayon polis şöbəsinin istintaq və təhqiqat qrupunun 13 dekabr 2023-cü il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Culfa Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilmiş, törətdiyi əməldən peşman olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Şahid1 Təvəkkül qızı izahatında bildirmişdir ki, Şəxs xalasının qızıdır. 18 noyabr 2023-cü il tarixdə xalasının qızı Şahid2 ilə H.Əliyev prospektində yerləşən Kapital Bank ASC-nin Culfa filialının inzibati binasında olan bankomatdan pul nağdlaşdırmaq üçün bankomata getmişlər. Bankomatın yanında olan zaman xalası qızı Südabə onlara yaxınlaşmış, onun yaxasından tutmuş, mübahisə etmiş, əlini onun saçına atmış, saçından çəkmiş, üz nahiyəsindən və bədənin müxtəlif nahiyələrindən vurmuşdur. Tanımadığı şəxs onları aralamış, bundan sonra Culfa Rayon Polis Şöbəsinə müraciət etmiş, Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Şəxs bağışlamır, onun barəsində qanını tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Şahid2 Şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Culfa şəhəri, H.Əliyev prospektində yerləşən Kapital Bank ASC-nin Culfa filialının inzibati binasının qarşısında Şahid1 Təvəkkül qızının saçından tutmasını, saçından çəkməsini, sifətindən və müxtəlif yerlərindən vuraraq onu döyməsini təsdiq etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi, şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarından, məhkəmə tibbi ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 1613 saylı rəyindən görünür ki, Şahid1 Təvəkkül qızının bədən səthi üzərindəki xəsarətlər-üzün sağ yarısında, boyunun sağ ön-yan səthində bir neçə sıyrıqlar, döş qəfəsinin sol yarısında, sol süd vəzinin üzərində qançır. Qançır küt əşyanın təsirindən törənmişdir, həmçinin bilavasitə əl zərbəsinin müvafiq nahiyəyə çırpılması nəticəsində yarana bilərdi. Sıyrıqlar kənarları iti əşyanın təsirindən yaranmışdır, həmçinin bilavasitə insan dırnağının müvafiq nahiyəyə sürtünməsi nəticəsində yarana bilərdi. Bu xəsarətlər şəxsin özünə xəsarət yetirməsi nəticəsində yaranmağa xarakterik olmayıb, kənar şəxsin qəsdlə vurulan zərbələrinin təsiri nəticəsində yarana bilərdi. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər inzibati xəta törətməməsini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin icraatı rədd edən halları müəyyən etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində inzibati cərimə tənbeh növünün tədbiri tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 manat məbləğində cərimə edilsin Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar