Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-85/2023 25.12.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- xx xxxx 1989-cu il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, müvəqqəti işsiz, ünvan 1 ünvanında yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 24 dekabr 2023cü il tarixdə saat 21 radələrində Culfa şəhəri, H.Əliyev prospekti, “beş mərtəbə” adlanan binanın qarşısında ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 25 dekabr 2023-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında 017124 nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. 24 dekabr 2023-cü il tarixdə, saat 21-22 radələrində Culfa şəhəri, H.Əliyev prospekti, “beş mərtəbə” adlanan binanın qarşısında içkili olduğundan ünvansız söyüşlər söymüş, ictimai qaydanı pozmuşdur. Hərəkətlərindən çox peşmandır, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 24 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində Culfa şəhəri, H.Əliyev prospektində ictimai qaydanı pozması məhkəmə iclasında dindirilmiş Şahid1 izahatları ilə də öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş- Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 24 dekabr 2023-cü il tarixdə sərxoşluq vəziyyəti alkotestr vasitəsilə yoxlanılmış, sərxoşluğun dərəcəsinin 1.42 promil olması müəyyən edilmişdir. Culfa rayon Məhkəməsinin 3(089)-71/2023 nömrəli, 28 oktyabr 2023-cü il tarixli qərarının surətində müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinmiş, 6 gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı, inzibati xəta haqqında 017124 nömrəli protokolla, şahidin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs hərəkətlərindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, Şəxs eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini, inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İcraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1, 33.1.2 və 33.1.7-ci maddələrinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi andan, 25 dekabr 2023-cü il, saat 18:15 dəqiqədən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin,10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 25 dekabr 2023-cü il, saat 18:15 dəqiqədən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-85/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-85/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver