Məhkəmə qərarları › İş №3(089)-87/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-87/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-87/2025 27.11.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- 01 avqust 1990-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 5 uşaq atası, idman müəllimi işləyən, məhkumluğu olmayan, Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxan kəndində yaşayan-barəsində Culfa Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 27 noyabr 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 27 noyabr 2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 götürülmüş sidik nümunəsindən psixotrop maddə olan MET (metamfetamin) və narkotik vasitə olan MTD (metadon) istehlakı faktı aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, təxminən 10-15 gün bundan öncə 1 ədəd metadonun ¼ hissəsini qəbul etmişdir. Bu gün, yəni 27 noyabr 2025-ci il tarixdə Bakı şəhərindən Naxçıvana gələn zaman Culfa rayon Polis Şöbəsinin əməkdaşları onu hava limanında qarşılamışlar və hərəkətlərində narkotik vasitə istifadə etməsinə dair şübhələr aşkar edildiyi üçün Naxçıvan şəhərində yerləşən Y.Budaqov adına Naxçıvan MR X2 müayinə olunmuş, nəticədə MET (metamfetamin) psixotrop maddəsindən və MTD (metadon) narkotik vasitəsindən istifadə etməsi aşkar olunmuşdur. Şəxs izahatında həmçinin bildirmişdir ki, hərəkətindən çox peşmandır. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Culfa rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid bildirmişdir ki, Culfa Rayon Polis Şöbəsinin CAB-nin polis polkovnik leytenantı Şakir Qənbərovla birlikdə axtarışda olan Şəxs gətirmək üçün Naxçıvan şəhərinə, hava limanına getmişlər. Axtarışda olan Şəxs qarşılayan zaman Subhən özünü narkotik vasitə istifadə edirmiş kimi şübhəli aparmış, özünü şübhəli apardığına görə onu Culfa Rayon Polis Şöbəsinə gətirmişlər. Daha sonra məsələ barədə raportla məruzə edilmiş, Şəxs narko-testdən keçirmək üçün Naxçıvan MR X4 aparmışlar. Şəxs müayinə olunmuş, nəticədə MET (metamfetamin) psixotrop maddəsindən və MTD (metadon) narkotik vasitəsindən istifadə etməsi aşkar olunmuşdur. Ona görə də, şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Culfa rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan- Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 27 noyabr 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 27 noyabr 2025-ci il tarixdə dispanserdə narko-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümünəsində MET (metamfetamin) və MTD (metadon) müsbət aşkar olundu. Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 27 noyabr 2025-ci il tarixli, 571 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəxs Epizodik metamfetamin narkomaniyası müşahidə edilir. Hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs 27 noyabr 2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MET (metamfetamin) və MTD (metadon) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısının 27-ci bəndində metamfetamin psixotrop maddəsi, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələrin siyahısının 6-cı bəndində metadon narkotik vasitəsi qeyd edilmişdir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, 27 noyabr 2025-ci il tarixdə Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 götürülmüş sidik nümunəsində onun psixotrop maddə olan olan MET (metamfetamin) və narkotik vasitə olan MTD (metadon) istehlakı faktı aşkar olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir.. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 27 noyabr 2025-ci il, saat 18:00 dəqiqədən hesablansın Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar