Məhkəmə qərarları › İş №3(089)-9/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №3(089)-9/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 3(089)-9/2022 06.05.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı müəyyən etdim Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində 23 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Culfa Rayon Məhkməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, material natamam olduğundan, işə baxılarkən tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.3-cü maddəsinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. Maddədə “şəxs haqqında məlumat” deyiləndə ancaq şəxsin soyadı, adı və atasının adı və yaşadığı ünvan nəzərdə tutulmur, şəxsin barəsində olan inzibati xəta haqqında işə baxmağa imkan verən, o cümlədən həmin şəxsin şəxsiyyəti nəzərə alınmaqla ona təyin olunacaq inzibati tənbehi fərdiləşdirməyə imkan verən məlumatlar nəzərdə tutulur. İXM-nin 100.1-ci maddəsində ifadə olunmuş hüquq norması göstərişin xarakterinə görə məcburedici, göstərişin ifadə olunma formasına görə isə imperativ normadır. Ona görə də protokolu tərtib edən şəxs protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatları göstərməyə borcludur. Lakin hazırkı protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yalnız soyadı, adı və atasının adı, doğulduğu tarix və yer göstərilmiş, həmin şəxs işləyirsə iş yeri, vəzifəsi və əmək haqqının miqdarı, əgər işləmirsə bu barədə məlumat və digər zəruri məlumatlar göstərilməmişdir. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İXMnin 101 və 103.1-ci maddəsinin tələbi pozulmuş, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda 55 gün sonra inzibati xəta haqqında protokol tərtib edilmiş, 23 fevral 2021-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün 48 saat müddətində hakimə göndərilməli olduğu halda, 49 gün sonra məhkəməyə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 125.2.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh vermə haqqında qərar kağız daşıyıcıda çap olunaraq rəsmi qaydada verilməsi üçün 2 gün ərzində barəsində qərar qəbul edilmiş şəxsə poçtla göndərilir. Şəxs həmin qərarı aldıqdan 20 gün sonra qərar qüvvəyə minir və həmin tarixdən başlayaraq 3 ay müddətində cəriməni ödəmədikdə İXM-in 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb oluna və məhkəmə qərarı ilə nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırıla bilər. Lakin Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın surətinin ona rəsmi qaydada 3 ay əvvəl göndərilməsini təsdiq edən sübut materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 127-ci maddəsinə əsasən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Lakin iş materiallarından müəyyən olunur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilənədək məlumatlandırılmamış, ona inzibati xəta haqqında protokol tərtib edilməsi və toplanmış sənədlərin baxılması üçün məhkəməyə göndərilməsi barədə 15 aprel 2022-ci il tarixdə məlum verilmişdir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində 23 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən, natamam şəkildə məhkəməyə verilmişdir, yəni protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs haqqında məlumatlar tam göstərilməmiş, inzibati xəta haqında protokol qanunla müəyyən edlmiş müddətdə tərtib edilməmiş, məhkəməyə göndərilməmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarın surətinin ona təqdim edilməsi barədə məhkəməyə sənəd təqdim edilməmiş, həmçinin inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxs məlumatlandırılmadan tərtib edilmişdir. Hesab edirəm ki, göstərilənlərə əsasən, inzibati xəta haqqında protokol Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 23 fevral 2021-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar