Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-9/2023 19.01.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxxxx 1984cü il tarixdə Babək rayonunun Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, Babək rayonunun Cəhri qəsəbəsində yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 19 yanvar 2023cü il tarixdə saat 08 radələrində X9 gömrük keçid məntəqəsində ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 19 yanvar 2023-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında 009515 nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. 19 yanvar 2023-cü il tarixdə saat 08 radələrində Bakı-Naxçıvan marşrutu ilə İran İslam Respublikasından keçməklə Naxçıvan Muxtar Respublikasına gələn zaman X9 gömrük keçid məntəqəsində İİR-dan aldığı 25 paşka Milano markalı siqaret saxlanılmış, aylıq limiti istifadə etdiyi, siqaretlərin müvəqqəti saxlanc anbarına götürüləcəyi bildirilmiş, gömrük əməkdaşlarına etirazını bildirmiş, gömrük postu ərazisində səs-küy salmış, götürülmüş siqaretləri çantasına qoymuşdur. Həmin vaxt keçid məntəqəsində başqa mülki şəxslər, gömrük əməkdaşları olmuşdur. Şəxs izahatında onu da bildirmişdir ki, yorğun və əsəbi olduğundan, keçid məntəqəsində səs-küy salmlş, gömrük əməkdaşlarının tələblərinə məhəl qoymamışdır. Dörd uşağı var, iki uşağı azyaşlıdır. Bir uşağı, arvadı xəstədir. Hərəkətlərindən çox peşmandır. Ona köməklik edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 19 yanvar 2023-cü il tarixdə, saat 08 radələrində X9 gömrük keçid məntəqəsində ictimai qaydanı pozması məhkəmə iclasında dindirilmiş şahidlər X5, X4 və X3 izahatları ilə də öz təsdiqini tapır. Belə ki, şahid X4 izahatında bildirmişdir ki, 19 yanvar 2023-cü il tarixdə X11 xidmətdə olmuşdur. Bakı-Naxçıvan istiqamətdə hərəkət xətti ilə ölkəyə giriş edən avtobus sərnişini Şəxs postu keçən zaman özü ilə 25 qutu milano markalı siqaret gətirdiyini bildirmiş, ona aylıq limitin 10 qutu olması, limitdən artıq istifadə etməsi, siqaretlərin müvəqqəti saxlanc anbarına götürüləcəyi bildirlimişdir. Şəxs gömrük qanunvericiliyinin tələblərinə məhəl qoymamış, etirazını bildirmiş, səs-küy salmış, siqaretləri özbaşına çantasına qoymuş, müvəqqəti saxlanca verməkdən imtina etmiş, post ərazisində ictimai qaydanı pozmuşdur. Şahid qismində dindirilmiş X5 və X6 izahatında şahid X2 izahatında bildirdikləri ilə eyni məzmunlu izahat vermiş, Şəxs 19 yanvar 2023-cü il tarixdə saat 08 radələrində X9 gömrük keçid məntəqəsində ictimai qaydanı pozmasını bildirmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında 009515 nömrəli protokolla, şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin-3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati cərimə tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs 4 uşağının olmasını, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran, icraatı rədd edən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 60 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-9/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-9/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver