Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-9/2024 04.03.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxxx 1985-ci il tarixdə Şərur rayonunun Xok kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, əvvəllər məhkum olunmuş, müvəqqəti işsiz, Kəngərli rayonunun Xok kəndində yaşayan-barəsində Culfa Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 04 mart 2024-cü il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 02 mart 2024-cü tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 Şəxs götürülmüş sidik nümunəsindən psixotrop maddə olan metamfetamin və anfetamin istehlakı faktı aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmiş, izahatında bildirmişdir ki, Kəngərli rayonunun Xok kəndində yaşayır. 28 fevral 2024-cü il tarixdə işlətdiyi çay evi üçün stol və stul almaq məqsədilə Türkiyə Respublikasına getmiş, 02 mart 2024-cü il tarixdə Türkiyə Respublikasından qayıdan zaman Sədərək rayonunun ərazisində Culfa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, Culfa rayon Polis Şöbəsinə gətirilmişdir. 02 mart 2024-cü il tarixdə Naxçıvan MR X2 müayinə olunmuş, metamfetamin psixotrop maddəsindən istifadə etməsi müəyyən olunmuşdur. Şəxs izahatında onu da bildirmişdir ki, 04 fevral 2024-cü il tarixdə Bakı şəhərində olan zaman metamfetamin psixotrop maddəsi istifadə etmişdir. Hərəkətindən çox peşmandır, iki azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, məhkəmədən ona köməklik edilməsini xahiş edir. İş materiallarında olan- Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 04 mart 2024-cü il tarixli, 440 nömrəli məktubda qeyd edilmişdir ki, Şəxs 02 mart 2024-cü il tarixdə dispanserdə sidik narko-test vasitəsilə müayinə olundu, nəticə MET (metamfetamin), AMP (anfetamin) müsbət aşkar olundu. Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş 04 mart 2024-cü il tarixli, 77 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlmanın rəyində qeyd edilmişdir ki, Şəxs metamfetamin narkomaniyası xəstəliyi aşkar edilir, hazırda abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. İnzibati qaydada tutulma haqqında 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 02 mart 2024-cü il tarixdə saat 21:50-də tutulmuş, 04 mart 2024-cü il tarixdə, saat 16:30-da azad edilmişdir. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısının 27-ci bəndində metamfetamin psixotrop maddəsi qeyd edilmişdir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, 02 mart 2024-cü il tarixdə Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 götürülmüş sidik nümunəsində onun psixotrop maddə olan metamfetamin və anfetamin istehlakı faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin inzibati xətanın törədilməsinə görə inzibati xəta törədən şəxs üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətaya görə hansı inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, onun əməlindən peşman olması, himayəsində iki azyaşlı uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı, ona inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-9/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-9/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver