Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-9/2025 11.02.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi X2 iştirakı ilə, Şəxs:-xx xxxx 1975-ci il tarixdə Culfa rayonunun Əbrəqunus kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaq atası, işsiz, Culfa rayonunun Əbrəqunus kəndində qeydiyyatda olanbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 11 fevral 2025-ci il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuş, protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Culfa Rayon Məhkəməsinin 2(089)-190/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli icra sənədi icra edilməsi üçün 12 sentyabr 2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə göndərilmiş, icra sənədində Şəxs 18 iyun 2021-ci il tarixli, RGTK3768307A132 saylı kredit müqaviləsi üzrə 4651.34 manat əsas borc, 555.86 manat faiz, cəmi 5207.20 manat borc və 72.07 manat ödənilmiş dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 12 sentyabr 2024-cü il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş 12 sentyabr 2024-cü il tarixdə borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs 5279.27 manat məbləğində borcu ödəməmiş, borcun ödənilməsindən yayınmışdır. Borclu Şəxs tələbin təmin olunması və bölməyə gəlməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs tələbi təmin etməmiş, bölməyə gəlməkdən yayınmış, barəsində Culfa Rayon İcra və Probasiya Bölməsinin 22 yanvar 2025-ci il tarixli borclunun axtarışı haqqında qərar qəbul edilmiş, 10 fevral 2025-ci il tarixdə Culfa rayon İcra və Probasiya Bölməsinə gətirilmişdir. Borclu Şəxs 10 fevral 2025-ci il tarixdə xəbərdarləq edilmiş, izahatı alınmış, lakin o, üzrsüz səbədən icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Culfa Rayon Məhkəməsinin 2(089)- 190/2024-014 nömrəli, 31 iyul 2024-cü il tarixli icra sənədinə əsasən ondan 5207.20 manat məbləğində pul vəsaiti və 72.07 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İcra sənədinin icraata qəbul edilməsinə dair qərar və tələbin könüllü icrası barədə bildiriş müvafiq qaydada ona təqdim edilmişdir. Həmin qərar və bildirişdə ondan tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İcra sənədi üzrə tələbi təmin etməmiş və hazırda qeydiyyatda olduğu Culfa rayonunun Əbrəqunus kəndində yaşamır. Yaşayış yeri barədə Culfa Rayon İcra və Probasiya Bölməsinə xəbər verməmişdir. Bu səbəbdən 22 yanvar 2025-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilmiş, Culfa Rayon Polis Şöbəsinə göndərilmişdir. Culfa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində saxlanılmış, 10 fevral 2025ci il tarixdə Culfa rayonuna gətirilmiş və həmin tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə təhvil verilmişdir. İcra sənədi üzrə borcu olduğu kimi qalır. Ondan dəfələrlə tələbin təmin olunması xahiş olunmuş, lakin tələbi təmin etməmişdir. Maddi imkanı olmadığından və işsiz olduğu üçün borcunu ödəyə bilməmişdir. Hazırda borcu ödəməyə maddi imkanı yoxdur, icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borcunu ödəyə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında həmçinin işləmədiyini, işləyib borcunu ödəyəcəyini, icra sənədini icra etməməsinə görə peşiman olduğunu bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi X3 izahatında bildirmişdir ki, Culfa Rayon Məhkəməsinin 2(089)-190/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli icra sənədi icra edilməsi üçün 12 sentyabr 2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş, icra sənədində Şəxs 18 iyun 2021-ci il tarixli, RGTK3768307A132 saylı kredit müqaviləsi üzrə 4651.34 manat əsas borc, 555.86 manat faiz, cəmi 5207.20 manat borc və 72.07 manat ödənilmiş dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 12 sentyabr 2024-cü il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş 12 sentyabr 2024-cü il tarixdə borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs 5279.27 manat məbləğində borcu ödəməmiş, borcun ödənilməsindən yayınmışdır. Şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, bölməyə gəlmədiyindən barəsində axtarış qərarı qəbul edilmiş, 10 fevral 2025-ci il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə gətirilmişdir. Şəxs barəsində qanuna uyğun olaraq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi X2 izahatını dinləyib, inzibati materialı araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Şəxs borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 8 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 11 fevral 2025-ci il, saat 17:15 dəqiqədən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-9/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-9/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver