Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-90/2025 12.12.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- 15 avqust 1987-ci il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, çoban işləyən, Culfa rayonunun Bənəniyar kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 dekabr 2025ci il tarixdə Culfa rayonunun Bənəniyar kəndində ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 12 dekabr 2025-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında MN ******* nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. Culfa rayonunun Bənəniyar kəndində yaşayır, çobandır. 12 dekabr 2025-ci il tarixdə Culfa rayonunun Bənəniyar kəndində küçədə olarkən biraz fikirli olduğu üçün özündən asılı olmayaraq ucadan səs-küy salmış, ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman həmin ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq ictimai qaydanı pozduğunu bildirmişlər, o da əsəbləşmiş, biraz da qışqırmağa başlamış, bu zaman polis əməkdaşları onu polis avtomobilinə əyləşdirmiş və Culfa Rayon Polis Şöbəsinə gətirmişlər. Hərəkətlərindən çox peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 12 dekabr 2025-ci il tarixdə Culfa rayonunun Bənəniyar kəndində ictimai qaydanı pozması məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 izahatları ilə də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, 2025-ci ilin avqust ayından Daxili İşlər orqanlarında xidmət edir. 12 dekabr 2025-ci il tarixdə xidmətdə olduğu Culfa rayonunun Bənəniyar kəndində olarkən Bənəniyar kənd sakini Şəxs kəndin küçəsində ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətdiyini eşitmiş, bu zaman ərazinin polis sahə rəisi olan Cəfər müəllim də öz avtomobili ilə oradan keçmiş, o, dərhal Cəfər müəllimə bildirmiş və onlar birlikdə həmin şəxsə yaxınlaşaraq ictimai qaydanı pozmamasını, nalayiq ifadələr işlətməməsini bildirmişlər. Lakin, həmin şəxs öz çirkin əməllərinə davam etdiyi üçün həmin şəxsi xidməti avtomobilə əyləşdirərək Culfa Rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında iştirak etmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı, inzibati xəta haqqında MN ******* nömrəli protokolla, şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs hərəkətlərindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran, icraatı rədd edən hallar müəyyən edilmədi. İnzibati həbsin əvvəli qərarın elan edildiyi andan, 12 dekabr 2025-ci il, saat 19:10 dəqiqədən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 12 dekabr 2025-ci il, saat 19:10 dəqiqədən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-90/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-90/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver