Məhkəmə qərarları › İş №3(089)-91/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-91/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-91/2025 15.12.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Salamulla oğlu və Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X7 iştirakı ilə, Şəxs Salamulla oğlunun:- 01 avqust 1990-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, müvəqqəti işsiz, Culfa rayonunun Göydərə kəndində qeydiyyatda olan- barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs Salamulla oğlunun barəsində 15 dekabr 2025-ci il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuş, protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Ordubad Rayon Məhkəməsinin 2(080)-812/2019 nömrəli, 12 iyul 2019cu il tarixli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1683/2022-011 nömrəli, 19 sentyabr 2022-ci il tarixli, Culfa Rayon Məhkəməsinin 2(089)-52/2023 nömrəli, 07 aprel 2023-cü il tarixli, Culfa Rayon Məhkəməsinin e-2(089)-48/2024-019 nömrəli, 29 yanvar 2024-cü il tarixli və Bakı şəhəri 54 saylı Notariat Ofisinin 8İ-33029 nömrəli, 25 aprel 2024-cü il tarixli icra sənədləri icra edilməsi üçün müvafiq ardıcıllıqla 25 avqust 2020-ci il, 22 sentyabr 2022-ci il, 07 aprel 2023-cü il, 14 mart 2024-cü il və 26 aprel 2024-cü il tarixlərdə Culfa Rayon İcra və Probasiya Bölməsinə göndərilmiş, Ordubad Rayon Məhkəməsinin 2(080)- 812/2019 nömrəli 12 iyul 2019-cu il tarixli icra sənədində 18 avqust 2020-ci il tarixdən hesablanmaqla 11 iyul 2014-cü il tarixdə doğulmuş X9 və 13 noyabr 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa 110 manat olmaqla, hər ay 220 manat məbləğində alimentin tutularaq tələbkar X4 xeyrinə ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1683/2022-011 nömrəli, 19 sentyabr 2022-ci il tarixli icra sənədində 10 fevral 2022-ci il tarixdən hesablanmaqla, 16 dekabr 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X5 xeyrinə ödənilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)-52/2023 nömrəli, 07 aprel 2023-cü il icra sənədində cəmi 1200 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X10 xeyrinə ödənilməsi, Culfa Rayon Məhkəməsinin e-2(089)-48/2024- 019 nömrəli, 29 yanvar 2024-cü il tarixli icra sənədində 1230 manat əsas borc, 130 manat penya və 32.30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1392.30 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X14 xeyrinə ödənilməsi və Bakı Şəhəri 54 saylı Notariat Ofisinin 8İ-33029 nömrəli, 25 aprel 2024-cü il tarixli icra sənədində cəmi 135 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi göstərilmişdir. İcra sənədlərinin icraata qəbul edilməsinə dair 25 avqust 2020-ci il, 22 sentyabr 2022-ci il, 07 aprel 2023-cü il, 14 mart 2024-cü il və 26 aprel 2024-cü il tarixli qərarlar qəbul edilmiş, qərarlar və tələbin könüllü icrası barədə bildirişlər 25 avqust 2020-ci il, 22 sentyabr 2022-ci il, 07 aprel 2023cü il, 14 mart 2024-cü il və 26 aprel 2024-cü il tarixlərdə borclu Şəxs Salamulla oğluna göndərilmişdir. Həmin qərar və bildirişlərdə borclu Şəxs Salamulla oğlundan tələblərin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs Salamulla oğlu icra sənədləri üzrə ümumilikdə 15248.3 manat məbləğində borcu ödəməmiş, borcun ödənilməsindən yayınmışdır. Borclu Şəxs Salamulla oğluna tələbin təmin olunması və bölməyə gəlməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs Salamulla oğlu tələbi təmin etməmiş, bölməyə gəlməkdən yayınmış, barəsində Culfa Rayon İcra və Probasiya Bölməsinin 20 may 2024-cü il tarixli borclunun axtarışı haqqında qərar qəbul edilmiş, 15 dekabr 2025-ci il tarixdə Culfa rayon İcra və Probasiya Bölməsinə gətirilmişdir. Borclu Şəxs 15 dekabr 2025-ci il tarixdə təkrar xəbərdarlıq edilmiş, izahatı alınmış, lakin o, üzrsüz səbədən icra sənədlərindəki tələbləri icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Salamulla oğlu izahatında bildirmişdir ki, Ordubad Rayon Məhkəməsinin 2(080)-812/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il tarixdə doğulmuş X9 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa 110 manat olmaqla, hər ay 220 manat məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1683/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməli, Culfa Rayon Məhkəməsinin 2(089)-52/2023 nömrəli, xx.xx.2023-cü il icra sənədinə əsasən, cəmi 1200 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X10 xeyrinə ödənilməli, Culfa Rayon Məhkəməsinin e-2(089)-48/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 1230 manat əsas borc, 130 manat penya və 32.30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1392.30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X14 xeyrinə ödənilməli və Bakı Şəhəri 54 saylı Notariat Ofisinin 8İ-33029 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cəmi 135 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədləri Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarların surəti bildirişlə bərabər ona göndərilmişdir. Lakin, icra sənədlərində olan tələblər onun tərəfindən tam olaraq təmin edilməmişdir. İcra sənədləri üzrə tələbləri təmin etmədiyindən bölmə tərəfindən barəsində axtarış qərarı qəbul edilərək icrası üçün Culfa Rayon Polis Şöbəsinə göndərilmişdir. İcra sənədləri üzrə bu ay da daxil olmaqla, tələbkar X6 6149 manat aliment borcu, X8 7072 manat aliment borcu, X11 500 manat, X18 1392.30 manat və BOKT "xxxx" MMC-yə 135 manat pul borcu qalmaqdadır. Ona 2 ay müddət verilərsə borclarını ödəyə bilər, lakin hazırda borcu ödəməyə maddi imkanı yoxdur, icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borcunu ödəyə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Salamulla oğlu izahatında həmçinin işləmədiyini, işləyib borcunu ödəyəcəyini bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X12 izahatında bildirmişdir ki, Ordubad Rayon Məhkəməsinin 2(080)-812/2019 nömrəli 12 iyul 2019-cu il tarixli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1683/2022-011 nömrəli 19 sentyabr 2022-ci il tarixli, Culfa Rayon Məhkəməsinin 2(089)-52/2023 nömrəli, 07 aprel 2023-cü il tarixli, Culfa Rayon Məhkəməsinin e-2(089)-48/2024-019 nömrəli, 29 yanvar 2024-cü il tarixli və Bakı şəhəri 54 saylı Notariat Ofisinin 8İ-33029 nömrəli, 25 aprel 2024-cü il tarixli icra sənədləri icra edilməsi üçün müvafiq ardıcıllıqla 25 avqust 2020-ci il, 22 sentyabr 2022-ci il, 07 aprel 2023-cü il, 14 mart 2024-cü il və 26 aprel 2024-cü il tarixlərdə Culfa Rayon İcra və Probasiya Bölməsinə göndərilmiş, Ordubad Rayon Məhkəməsinin 2(080)-812/2019 nömrəli 12 iyul 2019-cu il tarixli icra sənədində 18 avqust 2020-ci il tarixdən hesablanmaqla 11 iyul 2014-cü il tarixdə doğulmuş X9 və 13 noyabr 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşlanna çatanadək saxlanılması üçün bir uşağa 110 manat olmaqla, hər ay 220 manat məbləğində aliment pulu tutularaq tələbkar X4 xeyrinə ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1683/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində 10 fevral 2022-ci il tarixdən hesablanmaqla, 16 dekabr 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)-52/2023 nömrəli, 07 aprel 2023-cü il icra sənədində cəmi 1200 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X10 xeyrinə ödənilməsi, Culfa Rayon Məhkəməsinin e- 2(089)-48/2024-019 nömrəli, 29 yanvar 2024-cü il tarixli icra sənədində 1230 manat əsas borc, 130 manat penya və 32.30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1392.30 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X14 xeyrinə ödənilməsi və Bakı Şəhəri 54 saylı Notariat Ofisinin 8İ-33029 nömrəli, 25 aprel 2024-cü il tarixli icra sənədində cəmi 135 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi göstərilmişdir. İcra sənədlərinin icraata qəbul edilməsinə dair 25 avqust 2020-ci il, 22 sentyabr 2022-ci il, 07 aprel 2023-cü il, 14 mart 2024-cü il və 26 aprel 2024-cü il tarixli qərarlar qəbul edilmiş, qərarlar və tələbin könüllü icrası barədə bildirişlər 25 avqust 2020-ci il, 22 sentyabr 2022-ci il, 07 aprel 2023-cü il, 14 mart 2024-cü il və 26 aprel 2024-cü il tarixlərdə borclu Şəxs Salamulla oğluna göndərilmişdir. Həmin qərar və bildirişlərdə borclu Şəxs Salamulla oğlundan tələblərin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs Salamulla oğlu icra sənədləri üzrə ümumilikdə 15248.3 manat məbləğində borcu ödəməmiş, borcun ödənilməsindən yayınmışdır. Şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, bölməyə gəlmədiyindən barəsində axtarış qərarı qəbul edilmiş, 15 dekabr 2025-ci il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə gətirilmişdir. Şəxs barəsində qanuna uyğun olaraq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X7 izahatını dinləyib, inzibati materialı araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən M.Bayramovun borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 10 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs Salamulla oğluna təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Salamulla oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 15 dekabr 2025-ci il, saat 17:45 dəqiqədən hesablansın. Şəxs Salamulla oğlu həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar