Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-95/2025 05.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Fərzəliyeva Günel Həsən qızının katibliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X9, zərər çəkmiş şəxs X10 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən tərtib edilmiş 12 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 12 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, "xxxx" ASC-nin işçisi X4 18 avqust 2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bəxbəxt hadisə X15 Xidmətində araşdırılarkən texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulması nəticəsində zərər çəkən Ə.Mədətovun sağlamlığına az ağır zərər vurulmasına səbəb olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X16 Təchizatı və Satışı İdarəsinin Culfa X3 Şəbəkənin İstismarı üzrə elektrik montyoru X4 18 avqust 2025-ci il tarixdə saat 11:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin apaşdırılması üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-9-5/3-2-30/2025 nömrəli əmri ilə təyin edilmiş, tərkibində X15 Xidmətinin Əməyin mühafizəsinə nəzarət və bədbəxt hadisələrin araşdırılması sektorunun baş məsləhətçisi-baş əmək müfəttişi olaraq onun və üzvlər, X14 - Cəmiyyətin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin baş mütəxəssisi X11 - Cəmiyyətin Naxçıvan Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssisi olan komissiya xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparmış və bu barədə akt tərtib edilmişdir. Araşdırma zamanı Culfa rayon Yaycı kənd sakini X5 evinin 4 m hündürlükdə, evinin yanından Elektrik Şəbəkəsinə məxsus 9 metrlik dəmir beton dirəyin basdırılması, dirəyin evin hasarından 40-60 sm aralıdan və həmin dirəkdən 0.4 kvt-luq hava xəttinin keçməsi aşkar edilmişdir. X17 Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza va X6 xx.xx.2025-ci il tarixli 224 saylı ekspert rəyində Ə.Medetovun mehkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlərin - sağ və sol daban sümüklərinin qəlpəli sınıqları küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən, eləcə də hündürlükdən yıxılma nəticəsində əmələ gələ biləcəyini, müddəti qərarın təsvir hissəsində göstərilən, eləcə də onun müayinə məqsədilə Culfa Rayon Mərkəzi Xestəxanasına müraciət etdiyi, xx.xx.2025-ci il tarixdə törənmələrinin mümkün olduğunu və dərəcəsinə görə ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla (15%) dayanıqlı olmayan itirilməsi ilə nəticələndiyi və bu əlamətə görə də sağlamlığın uzunmüddətli (21 gündən çox) pozulmasina səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid olduğu, Ə.Mədətovun məhkəmə-tibbi müayinəsi zamanı bədan səthi üzərində yuxarıda qeyd olunan xəsarətlərdən başqa hər hansı bir digər xəsarət aşkar edilmədiyindən göstərilən xəsarətlərin kənar şəxs və ya şəxslər tərəfindən zorla itələnmə nəticəsində əmələ gəlmələrinin inkar edildiyi, Ə.Mədətovun bədən səthi üzərində hündürlükdən yıxılmağa xarakterik olmayan digər xəsarətlərin aşkar edilmədiyi qeyd ediimişdir. Bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən Cəmiyyətin PŞl üzrə elektrik montyoru X4 cavabdehliyi, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.2-ci, 4.3-cü və 4.4-сü bəndlərinə əsasən Cəmiyyətin ustası Şəxs nəzarətsizliyinə görə cavabdehliyi müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X9 izahatında əsaslı olaraq Şəxs barəsində 12 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmiş, onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 18 avqust 2025-ci il tarixdə özü və 7 nəfər briqada üzvü ilə birlikdə naryad buraxılışına əsasən Culfa rayonunun Yaycı kəndindəki bir sıra elektrik xətlərinin dartılması məqsədi ilə Culfa EŞ-də baş mühəndis tərəfindən təlimatlandırıldıqdan sonra iş ərazisinə getmişlər. İşə başlamazdan əvvəl iş rəhbəri olaraq işçiləri görüləcək işlərlə, əməyin mühafizəsi qaydaları ilə bağlı təlimatlandırdıqdan sonra saat 09:45 radələrində əmək fəaliyyətinə başlamışlar. Öz əmək funksiyalarına daxil olan işləri yerinə yetirərkən işçilərin hər biri fərdi mühafizə vasitələri ilə təmin edilmişlər, həmin vaxt Yaycı kənd sakini X8 məxsus fərdi yaşayış evinin elektrik sayğасı xətti dəyişilməli olmuş və fərdi mühafizə vasitələri ilə təmin edilib elektrik verilişinin dayandırıldığına əmin olduqdan sonra elektrik dayağına çıxaraq elektrik sayğacı xəttinin dəyişdirilməli olduğunu Ə.Mədətova bildirmiş, bu işin dayağa çıxaraq görülməsi düzgün olmuş, lakin onun verdiyi tapşırığa uyğun olmayaraq saat 11:00 radələrində Ə.Mədətov həmin yaşayış evinin hündürlüyü təxminən 4 m, metal materialdan olan nərdivanı vasitəsilə evin dam örtüyünə qalxarkən ayağının sürüşməsi və hündürlükdən torpaq örtüyünə sağ və sol dabanlarının üzərinə yıxılması nəticəsində hər iki daban nahiyəsinin sınığı xəsarətini almışdır. Hadisə baş verən zaman özü təxminən 100 m görüş məsafəsində elektrik dirəyinə qalxan digər briqada üzvlərinin işinə nəzarət etmişdir. Ə.Mədətov İV qrup hava xətti montyoru olmuş və istənilən hava xətti işlərini görə bilmişdir. Hadisə Ə.Mədətovun ehtiyatsızlığı nəticəsində baş vermiş, hadisə baş verdikdən sonra X23 çağırmış və rəhbərliyə məlumat vermşlər. Təcili yardım avtomobili ilə onu Culfa Rayon Mərkəzi Xəstəxanasına aparmışlar, xəstəxanada həkimlər rentgen və müayinə etdikdən sonra sınıq diaqnozu qoyaraq gipsə salmışlar, həmin vaxtdan işə çıxmamışdır. İşçilər əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmışlar və bilikləri dövri olaraq yoxlanılmış, xüsusi jurnallarda qeydlər aparılmışdır. İşçilər fərdi mühafizə vasitələri ilə təmin edilmişlər, hadisə zamanı zərərçəkən Ə.Mədətovun da üzərində hər biri olmuş, lakin onun fikrincə, təhlükəsizlik kəmərindən istifadə etməmiş, hadisə zərərçəkənin ayağının sürüşməsi nəticəsində baş vermiş, təhlükəsizlik kəmərindən istifadə edilsə idi, bəlkə də hadisə baş verməyə bilərdi. Həmçinin hər dəfə fərdi mühafizə vasitələrindən istifadə edilməsini işçilərə tapşırmışdır. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs X10 izahatında bildirmişdir ki, 18 avqust 2025-ci il tarixdə X12 baş mühəndis tərəfində təlimatlandırılaraq özü və 6 nəfər briqada üzvü iş rəhbəri Şəxs rəhbərliyi ilə naryad buraxılışı əsasında Culfa rayonunun Yaycı kəndində hava elektrik xətlərinin dartılması məqsədilə iş sahəsinə getmişlər. İşə başlamazdan əvvəl iş rəhbəri İbrahim müəllim tərəfindən görüləcək işlərlə və əməyin mühafizəsi qaydaları ilə bağlı təlimatlandırılıb, fərdi mühafizə vasitələri ilə təmin edildikdən sonra saat 09:45 radələrində işə başlamışlar, öz əmək funksiyalarına daxil olan işləri yerinə yetirmişlər. Şəxs ona Yaycı kəndində fərdi yaşayış evinin elektrik sayğacı xəttinin dəyişdirilməli olduğunu bildirmiş və fərdi mühafizə vasitələri ilə təmin edilib elektrik verilişinin dayandığından əmin olduqdan sonra elektrik dayağına çıxaraq elektrik sayğacı xəttinin dəyişdiriləcəyinə dair tapşırıq vermiş, daha sonra o öz qərarına əsasən yeni xəttin çəkilməsi üçün həmin evin materialı metal, hündürlüyü təxminən 4 m olan nərdivanı vasitəsilə evin dam örtüyünə qalxmaq istəyərkən təxminən 2 m hündürlüyü keçdikdən sonra sol ayağının sürüşməsi nəticəsində torpaq örtüklü yerə, daban nahiyəsinin üzərinə yıxılmış, hadisə zamanı Şəxs ondan təxminən 100 metr görüş məsafəsində elektrik dirəyinə çıxan digər elektrik montyorlarının işinə nəzarət edirmişdir. Ev sahibi X23 çağırmış, həmin vaxt işçilər gələrək köməklik göstərmiş, X23 avtomobili ilə onu Culfa Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həkimlər onu rentgen və ilkin müayinə etmiş, hər iki daban nahiyəsində sınıq olduğunu bildirmişlər və gipsə salmışlar. Həmin vaxtdan işə çıxmamışdır. Onlar mütəmadi olaraq əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair cari və hər ay təlimatlandırılmışlar və bilikləri yoxlanılmış, jurnallarda qeydlər aparılmış, fərdi mühafizə vasitələri ilə təmin edilmişlər. Hadisə zamanı da fərdi mühafizə vasitələrinin hər biri üzərində olmuş, lakin İbrahim müəllimin dəfələrlə tapşırmasına baxmayaraq həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etməmiş, hadisəyə səbəb ehtiyatsızlıqdan ayağının sürüşməsi olmuşdur. Kəmərdən istifadə etmiş olsa idi bəlkə də hadisə baş verməzdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ekspert rəyi, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən tərtib edilmiş 12 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, "xxxx" ASC-nin işçisi X4 18 avqust 2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bəxbəxt hadisə X15 Xidmətində araşdırılarkən texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulması nəticəsində zərər çəkən Ə.Mədətovun sağlamlığına az ağır zərər vurulmasına səbəb olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya X1 adına tərtib edilmiş 02 sentyabr 2025-ci il tarixli, 224 saylı ekspert rəyində qeyd edilmişdir ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər- sağ və sol daban sümüklərinin qəlpəli sınıqları küt mexanizmdən, bərk küt əşyanın təsirindən, eləcə də hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdilər. Müddəti qərarın təsviri hissəsində göstərilən, eləcə də onun müayinə məqsədi ilə Culfa rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi 18 avqust 2025-ci il tarixdə törənmələri mümkündür və dərəcəsinə görə ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla (15 %) dayanıqlı olmayan itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə də sağlamlığın uzun müddətli (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. X4 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində yuxarıda qeyd olunan xəsarətlərdən başqa hər hansı bir digər xəsarət aşkar edilmədiyindən, göstərilən xəsarətlərin kənar şəxs və ya şəxslər tərəfindən zorla itələnmə nəticəsində əmələ gəlmələri inkar edilir. X4 bədən səthi üzərində hündürlükdən yıxılmağa xarakterik olmayan digər xəsarətlər aşkar edilmədi. 15 avqust 2023-cü il tarixli, 28 nömrəli əmrdən görünür ki, X2 Rayon Elektrik Şəbəkəsinə elektrik avadanlıqlarının təmiri və istismarı üzrə Vİİ dərəcəli elektrik mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Tərtib edilmiş təhqiqat aktına əsasən, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən, Cəmiyyətin PŞİ üzrə elektrik mantyoru X4 cavabdehliyi müəyyən edilmiş, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.2-ci, 4.3-cü və 4.4-cü bəndlərinə əsasən, Cəmiyyətin ustası Şəxs nəzarətsizliyinə görə cavabdehliyi müəyyən edilmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin, barəsində protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarına və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İş üzrə məsuliyyəti istisna edən, yaxud icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 17-ci maddəsinin Qeydinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 18 avqust 2025-ci il tarixdə X12 X7 üzrə elektrik mantyoru vəzifəsində işləyən X2 rayonunun Yaycı kəndində fərdi yaşayış evinin elektrik sayğacı xəttinin dəyişdirilməsi məqsədi ilə fərdi mühafizə vasitələri ilə təmin edilmiş, elektrik verilişinin dayandığından əmin olduqdan sonra o, yeni xəttin çəkilməsi üçün həmin evin materialı metal, hündürlüyü təxminən 4 m olan nərdivanı vasitəsilə evin dam örtüyünə qalxmaq istəyərkən təxminən 2 m hündürlüyü keçdikdən sonra sol ayağının sürüşməsi nəticəsində torpaq örtüklü yerə daban nahiyyəsinin üzərinə yıxılmışdır. Araşdırma zamanı ekspertiza təyin edilmiş, ekspert rəyi ilə müəyyən edilmişdir ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər- sağ və sol daban sümüklərinin qəlpəli sınıqları küt mexanizmdən, bərk küt əşyanın təsirindən, eləcə də hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdilər. Müddəti qərarın təsviri hissəsində göstərilən, eləcə də onun müayinə məqsədi ilə Culfa rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi 18 avqust 2025-ci il tarixdə törənmələri mümkündür və dərəcəsinə görə ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla (15 %) dayanıqlı olmayan itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə də sağlamlığın uzun müddətli (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Təhqiqat aktına əsasən, bədbəxt hadisənin baş verməsində Cəmiyyətin ustası Şəxs nəzarətsizliyinə görə cavabdehliyi müəyyən edilmişdir. Araşdırma nəticəsində Şəxs tərəfindən təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq bu qaydaların pozulması, yəni onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən olunduğundan, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, o, 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-95/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-95/2025
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver