Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-1/2022 30.03.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, xx xxx 1984-cü ildə Şahbuz rayonu, Şahbuz qəsəbəsində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, (FİN kod – xxxxxxx) orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və Probasiya bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair “30” mart 2021-ci il tarixli, 010763 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər “30” mart 2022-ci ildə Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs Şahbuz Rayon Məhkəməsinin e-2(090)-180/2021-013 nömrəli, 14 dekabr 2021-ci il tarixli icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. İcra sənədinə əsasən borclu Şəxs 03 noyabr 2020-ci il tarixli, RGTK3218616A134 nömrəli kredit müqaviləsinə əsasən 4.496,73 (dörd min dörd yüz doxsan altı manat, yetmiş üç qəpik) manat əsas, 789,53 (yeddi yüz səksən doqquz manat, əlli üç qəpik) manat faiz, cəmi 5.286,26 (beş min iki yüz səksən altı manat, iyirmi altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Borclu Şəxs borcu ödəməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırmış və icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şahbuz Rayon Məhkəməsinin qətnaməsi ilə 5286.26 əsas borc və 30 manat dövlət rüsumunun ondan tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunubdur, həmin qərarın icrası barədə ona xəbərdarlıq da edilibdir, lakin o iki ildir işsiz olduğu və maddi imkanı olmadığı üçün həmin pulu ödəyə bilməyibdir, borcu ödəyə biləcək hər hansı əmlakı da yoxdur, hal-hazırda o, işsizdir, hazırda əməlindən peşmandır və bundan sonra borcunu ödəməyə çalışacaqdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, iş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin e- 2(090)-180/2021-013 nömrəli, 14 dekabr 2021-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 03 noyabr 2020-ci il tarixli, RGTK3218616A134 nömrəli kredit müqaviləsinə əsasən 4.496,73 (dörd min dörd yüz doxsan altı manat, yetmiş üç qəpik) manat əsas, 789,53 (yeddi yüz səksən doqquz manat, əlli üç qəpik) manat faiz, cəmi 5.286,26 (beş min iki yüz səksən altı manat, iyirmi altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarında olan Şahbuz rayon İcra və Probasiya bölməsinin Şəxs ünvanlandığı “24” yanvar 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şahbuz Rayon Məhkəməsinin e-2(090)- 180/2021-013 nömrəli, 14 dekabr 2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. Şahbuz Rayon İcra və Probasiya Bölməsi tərəfindən “05” mart 2022-ci il tarixdə təkrar xəbərdarlıq olunmasına baxmayaraq o, yenə də icradan yayınmışdır. İş materiallarında olan borclu Şəxs Şahbuz rayon İcra və Probasiya bölməsində verdiyi 30 mart 2022-ci il tarixli izahatının surətindən görünür ki, o, maddi imkanının olmadığından Şahbuz Rayon Məhkəməsinin e-2(090)- 180/2021-013 nömrəli icra sənədində göstərilən məbləği tələbkarın xeyrinə ödəyə bilməyəcəyini göstərmişdir. Beləliklə müəyyən edilmişdir ki, Şahbuz Rayon Məhkəməsinin e- 2(090)-180/2021-013 nömrəli, 14 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 4.496,73 (dörd min dörd yüz doxsan altı manat, yetmiş üç qəpik) manat əsas, 789,53 (yeddi yüz səksən doqquz manat, əlli üç qəpik) manat faiz borcu olmaqla, cəmi 5.286,26 (beş min iki yüz səksən altı manat, iyirmi altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə 24.01.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin icrası haqqında bildiriş borcluya göndərilmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində Şəxs borcun ödənilməsi təklif edilmiş, lakin borc üzrə heç bir ödəniş edilməmiş və ya ən azından buna cəhd də edilməmişdir. Şəxs 30 mart 2022-ci il tarixdə Şahbuz rayon İcra və Probasiya bölməsində izahat yazaraq göstərmişdir ki, maddi imkanının olmadığından Şahbuz Rayon Məhkəməsinin e-2(090)- 180/2021-013 nömrəli icra sənədində göstərilən məbləği tələbkarın xeyrinə ödəyə bilməyəcəkdir. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-180/2021-013 nömrəli icra sənədinin könüllü icrası üçün borcluya 24.01.2022-ci il tarixdə bildiriş göndərilsə də, həmin vaxtdan iki aya yaxın vaxt keçməsinə baxmayaraq Şəxs tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, icra sənədinin icrası ilə bağlı Şəxs bu günədək heç bir ödəniş etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Şəxs səmimi peşmançılığı yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsinin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir Beləliklə, Şəxs inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməni istisna edən hallar mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, icra bölməsinə gətirildiyi vaxtdan, yəni “30” mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 12 (on iki) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli “30” mart 2022-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-1/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-1/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver