Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-1/2023 31.01.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şahbuz Rayon Məhkəməsinə Şahbuz rayonu, Şahbuz qəsəbəsində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala, o cümlədən 12 yanvar 2023-cü il tarixli, 18000-00040/23 saylı inzibati xəta haqqında protokola əsasən, "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından 76DN845/76DG145 nömrə nişanlı nəqliyyat vasitəsi ilə **********1823 nömrəli qısa idxal bəyannaməsi əsasında idxal olunmuş, ümumi invoys dəyəri 28.980 ABŞ dolları TEF**********001 nömrəli, xx.xx.2023-cü il tarixli faktura ilə gətirilmiş “butulkalar, flakonlar və analoji məmulatlar” olan yükün sərbəst dövriyyə üçün buraxılış gömrük prosedura altında yerləşdirilməsi üçün gömrük bəyannaməsi təqdim olunmadığı və heç bir gömrük ödənişi ödənilmədiyi halda idxalçının Şahbuz rayonu, Şahbuz qəsəbəsində yerləşən anbarında boşaldılması faktı aşkar edilmişdir. Bununla da "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozulmuşdur. Bu səbəbdən də 12 yanvar 2023-cü il tarixdə "xxxx" MMC-nin barəsində 18000-00040/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdi. İş materiallarından görünür ki, "xxxx" MMC-nin nümayəndəsi X2 xx.xx.2023-cü il tarixli 18000-00040/23 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 18000-00040/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ olan "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından 76DN845/76DG145 nömrə nişanlı nəqliyyat vasitəsi ilə **********1823 nömrəli qısa idxal bəyannaməsi əsasında idxal olunmuş, ümumi invoys dəyəri 28.980 ABŞ dolları TEF**********001 nömrəli, xx.xx.2023-cü il tarixli faktura ilə gətirilmiş “butulkalar, flakonlar və analoji məmulatlar” olan yük sərbəst dövriyyə üçün buraxılış gömrük prosedura altında yerləşdirilməsi üçün gömrük bəyannaməsi təqdim olunmadan və heç bir gömrük ödənişi ödənilmədən həmin yük sözügedən şirkətin istifadəsində olan Şahbuz rayonu, Şahbuz qəsəbəsində yerləşən anbarına gömrük orqanının icazəsi olmadan boşaldılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktla "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından 76DN845/76DG145 nömrə nişanlı nəqliyyat vasitəsi ilə **********1823 nömrəli qısa idxal bəyannaməsi əsasında idxal olunmuş, ümumi invoys dəyəri 28.980 ABŞ dolları TEF**********001 nömrəli, xx.xx.2023-cü il tarixli faktura ilə gətirilmiş “butulkalar, flakonlar və analoji məmulatlar” olan yüklərin istifadə olunubolunmaması məqsədilə "xxxx" MMC Şahbuz rayonu, Şahbuz qəsəbəsində yerləşən anbarına baxış zamanı, qeyd edilən bəyannamədə göstərilmiş malların istifadə olunmadığı və malların faktiki yerində olduğu müəyyən olunur. Məhkəmə, "xxxx" MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs 500 manat məbləğində cərimə edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-1/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-1/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver