Məhkəmə qərarları › İş №3(090)-1/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-1/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-1/2025 15.01.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X katibliyi, şikayət verən X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı iş üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti qərarından şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən onun barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı cərimə qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 izahatında özünün Şərur X10ndə direktorun müavini-baş həkim vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə həmin vəzifəyə təyin olunduğunu, xx.xx.2024-cü il tarixdə isə əmək müfəttişliyi tərəfindən yoxlama keçirildiyini və 2024-cü il ərzində işçilərin əmək məzuniyyəti hüququnun pozulması ilə bağlı protokol tərtib edildiyini, həmin protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə 1600 manat məbləğində ona cərimə təyin olunduğunu, yoxlamanın 2024-cü ilin avqust və sentyabr ayları üzrə aparıldığını, pozuntularla bağlı akt tərtib edildiyini, aktda ümumi olaraq bütün işçilərin məzuniyyətə buraxılmasının təmin edilmədiyinin və əvvəlki dövrlərdə məzuniyyətə buraxılmayan işçilərə konpensasiya ödənilməməsi göstərildiyini, oktyabr ayından sonrakı aylarda işçilərin əmək məzuniyyətinə çıxa biləcəyi, 2024-cü il ərzində heç bir işçinin məzuniyyətə buraxılmadığını, X12 X7 sədrinin fərmanı ilə 2023-cü ildə yaradıldığını, lakin hüquqi şəxsin formalaşdırılması məqsədi ilə yuxarı orqanlar tərəfindən heç bir iş görülmədiyini, 2024-cü ilin iyul ayının biri tarixində Şərur X10nin publik hüquqi şəxs kimi formalaşdırılmağa başlandığını, Sədərək, Şərur və Kəngərli Rayon Xəstəxanalarının voenlərinin ləğv edilərək X12 X9 Şəxsinin tərkibinə keçirildiyini, təhviltəslimin 2024-cü ilin sentyabr ayının 12 başa çatdığını, 1 oktyabr 2024-cü ildə vəzifəyə təyin olunduğunu, ondan əvvəl rəhbərliyin tez-tez dəyişildiyini, bu səbəbdən də işçilərin məzuniyyətə çıxa bilmədiyini, onun təyinatından əvvəl xəstəxanaya Bayram Mikayılov adlı şəxsin idarəyə rəhbərlik etdiyini, həmin dövrə aid sənədləri tapmaqda çətinlik çəkdiyini, sənədlərin arxivə verilmədən həmin rəhbərlikdə saxlanıldığını, yoxlamanın ƏMAS sistemi əsasında aparıldığını, əvvəlki müəssisənin ləğv olunduğunu, bununla bağlı işçilərdən işdən çıxarılma ilə bağlı ərizə alındığını, daha sonra isə yeni yaradılmış qurumda işə bərpa olunduqlarını, işçilərə işdən çıxarılma ilə bağlı konpensasiya ödənilmədiyini, bunun da nöqsan kimi qeyd olunduğunu, həmin zaman məsul şəxsin o olmadığını, hazırki vəzifədə işləmədən əvvəl Babək Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində işlədiyini, əvvəlki rəhbərlik tərəfindən törədilmiş pozuntuların məsuliyyətin onun üzərinə düşdüyünü, həftə sonuna düşən qeyri-iş günlərindən başqa vəzifəyə təyin olunduğu 8 gün ərzində həmin nöqsanların aradan qaldırılması üçün heç bir iş görə bilməyəcəyini, hal-hazırda göstərilən nöksanların əksəriyyətinin aradan qaldırıldığını, yalnız əmək məzuniyyəti hüquqlarının bərpa olunmadığını, çünki işçilərin yeni müəssisədə işə götürüldüyü üçün 6 ay işləmədiklərindən əmək məzuniyyəti hüquqlarının yaranmadığını və konpensasiya ödənilmədiyini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 143-cü maddəsinin 1-ci bəndində əmək məzuniyyəti hüququndan istifadə etməmiş işçinin işdən çıxarılma halları istisna olmaqla konpensasiya ödənilməsinin göstərildiyini, Şərur Rayon Mərkəzi Xəstəxanasının ləğv olunduğunu, qanunvericiliyin tələblərinə uyğun olaraq işin araşdırılmasını və qanuni qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə protokol tərtib edən orqana rəsmi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəisinin müavini X8 tərəfindən tərtib olunan 16 dekabr 2024-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, Naxçıvan Muxtar Respublikası “Şərur rayon X10” publik hüquqi şəxs X2 xx.xx.2024-cü il tarixdə müəssisədə DƏMX tərəfindən aparılmış araşdırılma zamanı işçilərin məzuniyyət hüquqlarının pozulduğu, işçilərə əlavə məzuniyyətlərin qanunvericiliyə uyğun verilməməsi əsası ilə barəsində 03 dekabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və təqsirli bilinərək barəsində 16 dekabr 2024-cü il tarixli, MN-1779531 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X2 İXM-nin 192.5-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyə kəsb edən bütün faktiki hallar, yəni işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə, qanun pozuntularına yol verilməsi ilə bağlı müəssisədə bu vəzifəyə nəzarət etməli olan konkret subyekti müəyyən etməyərək səthi araşdırma apararaq müəssisədə işləyən və qeyd edilən öhdəliyi yerinə yetirmək səlahiyyəti olmayan şəxs barəsində protokol tərtib edilmişdir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Tibb X1 Publik hüquqi X4 xx.xx.2024-cü il tarixli, 17 saylı əmri ilə X2 01 oktyabr 2024-cü il tarixdən “Şərur X10” publik hüquqi şəxsində direktorun müalicə işləri üzrə müavini- Şərur Rayon Mərkəzi Xəstəxanası üzrə baş həkim vəzifəsinə təyin edilməsi, “Şərur X10” publik hüquqi şəxsin direktor vəzifəsinin X3 həvalə edilməsi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X5 barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı nzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X5 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X5 tərəfindən heç bir inzibati xətanın törədilməsi ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 192.5-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə tapşırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Naxçıvan Muxtar Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXMnin 192.5-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar