Məhkəmə qərarları › İş №3(090)-10/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-10/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-10/2023 06.07.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, xx xxx 1983-cü ildə Şahbuz rayonu, Kükü kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, orta təhsilli, evli, 2 uşaq atası, deməsinə görə məhkumluğu olmayan, təsərrüfat ilə məşğul olan, Naxçıvan şəh.,Əlincə,22,21 ünvanında qeydiyyatda olan, Şahbuz rayonu, Daylaqlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala “06” iyul 2023-cü il tarixdə Şahbuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli 008469 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şahbuz rayonu, Daylaqlı kənd sakini xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs çənə nahiyəsindən yumruq zərbəsi ilə vuraraq döymüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixində mal-qaranın gələn vaxtı həyətyanı sahədə biçilmiş otu komalayarkən, təqribən 20:00-21:00 radələrində Şahbuz rayonu, Daylaqlı kənd sakini Badamlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə işləyən Zərərçəkmiş şəxs Eylaz oğlu həyətyanı sahəsinə daxil olub, salamlaşdıqdan sonra ona kənd ərazisində mal-qaranın otarmaq növbəsini dəyişmək istədiyini deyibdir, o isə ona cavabında ”olmaz, mən heç kimlə növbə dəyişmirəm, səbəbi isə Əziz ilə növbəmi dəyişdikdən sonra bir baş iribuynuzlu malımı öldürmüşdür” deyib və o, Əziz haqqında 1-2 nalayiq ifadə işlədibdir, Əziz adlı şəxsin Seymurun əmi-nəvəsi olmağını bilməyibdir, Seymur isə ona qarşı təhqiredici ifadələr işlədib, bu zaman o, Seymuru sol əli çənəsindən bir yumruq zərbəsi vurubdur, Seymur isə ona kəllə ilə vurub, lakin onun zərbəsi xəsarət yetirəcək dərəcədə olmayıbdır, onun başında olan papaq yerə düşübdür. Törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində Şahbuz rayonu, Daylaqlı kəndində yaşayan Şəxs həyətyanı sahələrinə gedərək ona onunla mal-qara növbəsinin dəyişməsini istəyibdir, o da ona heç kimlə növbəsini dəyişməyəcəyini dedikdən sonra, səbəbini isə qohumu olan Əzizin onun növbəsində onun iribuynuzlu inəyini öldürməsi olduğunu deyib və Əziz haqqında nalayiq ifadələr, söyüşlər işlətməyə başlayıbdır, o isə Əzizin onun qohumu olduğunu, onun barəsində söyüş söyməməsini deyibdir, bu zaman Şəxs onun çənə nahiyəsindən yumruq ilə vurubdur, o, dövlət qurumunda işlədiyi üçün ona heç nə etməyibdir, sadəcə Şəxs qollarından yapışıbdır, Şəxs dediyi kimi, ona kəllə atmayıbdır, onunla Şəxs arasında barışıq olmayıbdır, sonda Zərərçəkmiş şəxs göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati protokolu tərtib etmiş Şahbuz rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib əlavə olaraq bildirdi ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Şahbuz rayon polis şöbəsinin İT qrupu tərəfindən 03 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək onun barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinə uyğun inzibati tədbir görülməsi üçün Şahbuz polis şöbəsinin İTB-nə göndərilmişdir, 05 iyul 2023-cü il tarixdə həmin material onun icraatına verildikdən sonra, Şəxs mal-qarası itdiyi və mal-qaranın axtardığı üçün kənddə olmadığı səbəbindən 06 iyul 2023-cü il tarixdə Şəxs polis şöbəsinə çağırılaraq izahatı alındıqdan sonra onun tərəfindən N.Cəfəov barəsində inzibati xəta haqqında protokol tərtib edilibdir, sonda N.Zeynallı məhkəmədən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 03 iyul 2023-cu il tarixli qərardan görünür ki, Cəfərov X1 Seymur Elyas oğlunu döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Şahbuz RPŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 651 nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alt çənənin sağ yarısında qançır,,bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yetirilmə müddəti müayinə olunanın özünün dediyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 06 iyul 2023-cü il tarixli 008469 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şahbuz rayonu, Daylaqlı kəndində kənd sakini Zərərçəkmiş şəxs yumruq ilə vuraraq bədən xəsarəti yetirdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri və eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzibati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda sağlamlıq əleyhinə olan inzibati xətadır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir Beləliklə, Şəxs 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli, 0246 nömrəli tutma haqqında protokoldan da aydın olur ki, Şəxs barəsində xx.xx.2023-cü il, saat 11:00 tarixdə tutulma tədbiri tətbiq edilmişdir. Ona görə də, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 06 iyul 2023-cü il tarixdən saat 11:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli “06” iyul 2023-cü il tarixdən saat 11:00-dan hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar