Məhkəmə qərarları › İş №3(090)-11/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №3(090)-11/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 3(090)-11/2024 03.05.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1979-cu ildə Şahbuz rayonu, Keçili kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), ali təhsilli, subay, deməsinə görə məhkumluğu olmayan, Şahbuz şəhər-Naxçıvan şəhər marşrut xəttində sürücü işləyən, Şahbuz rayonu, Ayrınc kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin 03 may 2024-cü il tarixli, 3-13-43-11/2-2783/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 03 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 03 may 2024-cü ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şahbuz Rayon Polis Şöbəsinin sahə rəisi X3 izahatında göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü tarixdə şikayəti əsasında Şəxs Zərərçəkmiş şəxs təhqir etməsi müəyyən edilib və ona protokol tərtib edilərək baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilibdir. Məhkləmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında Şahbuz rayon ilə Naxçıvan şəhəri arasında marşrut sürücüsü işləyir, 25 aprel 2024-cü il tarixdə Naxçıvan şəhər avtovağzalında olan zaman, onun növbəsində Şəxs müştəriləri Naxçıvan şəhər Avtovağzalından Şahbuz şəhər istiqamətinə gələn sərnişinlər öz əşyalarını onun marşrutuna yerləşdirdiyindən onunla Şəxs arasında mübahisə yaranıb, həmin vaxt Şəxs təhqiredici nalayiq ifadələr işlədibdir, o da buna görə Şahbuz rayon polis şöbəsinə şikayət edibdir, əvvəllərdə Şəxs onu təhqir edibdir, lakin hər dəfə o şikayət etdikdən sonra şikayətini geri götürübdür, artıq Şəxs barəsində tədbir görülməsini istəyir, sonuncu dəfə onunla Şəxs arasında mübahisə zamanı Naxçıvan şəhərində olan Naxçıvan Şəhər Avtovağzalında onu təhqir edibdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs dediyi kimi o onu təhqir etməyibdir, hadisə Naxçıvan Şəhər Avtovağzalında baş veribdir, həmin vaxt avtovağzalın binasında müşahidə kamerası çəkibdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Şahbuz Rayon Polis Şöbəsinin sahə rəisi X2, inzibati xəta törətmiş şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 03 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyət qaydaları pozulduğu üçün həmin protokol aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 03 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda hadisənin törədildiyi yer Şahbuz Rayon Avtovağzalı göstərilsə də, istər zərərçəkmiş şəxsin, istərsə də təqsirləndirilən şəxsin izahatları ilə müəyyən olunmuşdur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 03 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan hadisə Şahbuz rayon avtovağzalında deyil, Naxçıvan Şəhərində yerləşən Naxçıvan şəhər avtovağzalında törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 112.1-ci və 112.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, işin baxılması Şahbuz Rayon Məhkəməsinə aid deyil, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi məqsədi ilə, hazırkı inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 110 və 118ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 03 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar