Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-12/2024 20.05.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx xxxxxx 1998-ci ildə Şərur rayonu, Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.3-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Şahbuz rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyənetdi: 06 may 2024-cü il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 28 mart 2024-cü il tarixdə saat 02:20 radələrində Şahbuz rayon Batabat yaylağından Şahbuz şəhəri istiqamətdə “Chevrolet Cruze” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı "xxxx" MMC-nə məxsus olan nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Şahbuz rayonunun Biçənək kəndinin çıxışında idarə etməni itirərək əks istiqamətdəki hərəkət zolağına daxil olaraq yolun kənarında olan qaya parçasına avtomobili dəyərək yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “Chevrolet Cruze” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs xəsarət almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3 və 112.1.4-cü maddələrinə əsasən, işə barəsində inzibati xəta haqqında icraat aparılan iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırdım və belə nəticəyə gəldim ki, törədilmiş əməldə inzibati xətanın tərkibi olmadığından Azərbaycan Respublikası İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati xəta haqqında protokola əlavə edilmiş inzibati araşdırma materialları Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Şahbuz rayon Polis şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materialında olan 06 may 2024-cü il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətlərinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materialında olan 04 aprel 2024-cü il tarixli, 642 nömrəli ekspert rəyindən Şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətləri: onurğa beyninin yüngül dərəcəli silkələnməsi ilə müşayiət olunan, onurğanın döş şöbəsinin 12-ci (Th12) döş fəqərəsinin yan çıxıntısının sınığı, sağ baldır nahiyəsinin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənməsi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materialında olan X3 tərəfindən Şahbuz Rayon Polis Şöbəsində verdiyi 28 mart 2024-cü il tarixli izahatdan görünür ki, X3 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı "xxxx" MMC-nə məxsus olan nəqliyyat vasitəsi ilə Şahbuz rayonunun Biçənək kəndinin çıxışında düz yolla hərəkət etdiyi zaman qarşıdakı yolun əyri olduğunu görməmiş və nəqliyyat vasitəsini yolun kənarındakı qayaya vurmuş, həmin zaman avtomobilində heç kim olmamış və spirtli içki qəbul etmədiyini, narkotik maddələri tanımadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin məzmunundan da göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan sənədlərdən müəyyən olunur ki, Şəxs inzibati xəta törətdiyi zaman onun idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsində sərnişin olmamış və hadisə nəticəsində o, yalnız öz sağlamlığına yüngül xəsarət yetirmişdir. Şəxs idarət etdiyi “Chevrolet Cruze” markalı, **- BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "xxxx" MMC şirkəti tərəfindən ona verilmiş 000096 nömrəli etibarnamə əsasında özünün qanuni sahibliyində olmuşdur. Qeyd edilən səbəbdən də, məhkəmə hesab edir ki, hazırki halda Şəxs istinad edilən inzibati xəta tərkibi mövcud deyildir və onun barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 109.1 və 109.2-ci maddələrinə əsasən İXM-in 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333-1.3-cü maddəsi ilə (06 may 2024-cü il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol) başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməli və inzibati xəta haqqında protokola əlavə edilmiş inzibati araşdırma materialları Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Şahbuz rayon Polis şöbəsinə geri qaytarılmalıdır.. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 53, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333-1.3-cü maddəsi ilə (06 may 2024-cü il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol) başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Qərardan şikayət vermə müddəti bitdikdən sonra inzibati xəta haqqında protokola əlavə edilmiş inzibati araşdırma materialları Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Şahbuz rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-12/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-12/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver