Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-13/2025 09.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs və Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxx 1996-cı ildə Şahbuz rayonu, Keçili kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, orta təhsilli, subay, inzibati məsuliyyətə cəlb edilməyən, 3cü qrup əlil, Şahbuz rayonu, Keçili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş 09 aprel 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xırda xuliqanlıqda təqsirləndirilir. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şahbuz rayonu Keçili kənd sakinləri X5 və Səfərov X3 Zəhra Əli qızına nalayiq ifadələr işlətmişdirlər. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında durduq yerə kiməsə nəsə demədiyini, Zərərçəkmiş şəxs onun anası olduğunu, tövlədə olarkan anasının hücum çəkdiyini, Zərərçəkmiş şəxs onu hədələdiyini, atasını və onu söydüyünü, atası ilə anasının boşandığını, eyni evdə yaşadıqlarını, anasının haqqını itirmədiyini, anasının evin bir otağında qaldığını, evdə girdiyi zaman anasının mübahisə etməyə başladığını, onu qardaşlarının öyrətdiyini, anasının onu döydüyünü və söydüyünü, ağzına gələni ona dediyini, lakin onun şikayət etmədiyini, anasını danışdırmadığını, anasını təhqir etmədiyini, həyatı boyu qadın cinsinə qarşı əl qaldırmadığını, anasının müalicə etdirdiyini, anasını incitmədiyini, atasına və anasına mübahisə etmələrinin eyib olduğunu bildirdiyini, dayıları ilə də münasibətlərinin pis olduğunu, anasının əmlaklarına sahib olmaq istədiyini, evlərini atasının və onun tikdiyini, atasının əsəblərini pozduğunu, anasının sümbə ilə atasına hücum etdiyini, onun isə aralaşdırdığını, anasının isə həmin vaxt onu boğduğunu, bacılarının da anasının tərəfini tutduqlarını, aralarındakı mübahisənin pul barədə yarandığını, 20 baş iribuynuzlu mal, 300 baş xırdabuynuzlu heyvan saxladığını, anasına 5000, 10000, 20000 manat pul verdiyini, anasından həmin pulları istədikdə qaytarmadığını, 2024-cü ilin 17 sentyabr tarixində mübahisələri yarandığını, sonuncu dəfə bu ilin novruz bayramına 10-15 gün qalan zaman mübahisə etdiklərini, anasından pul istədiyini, anasının isə pulu vermədiyini, mübahisə zamanı dayısı Kərəmin gəldiyini, dayısı Kərəmin onun üzərinə hücum etdiyini, anasının yalan danışdığını, anasının onu polisə verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında oğlu Şəxs onu söydüyünü, eyni evdə yaşadıqlarını, çölə çıxdıqda onu və valideyinlərini söydüklərini, atasının Şəxs “ananın başını kəs, əxlaqsız qadındır” dediyini, Şəxs isə onu təhqir etdiyini, hər gün aralarında mübahisə olduğunu, boşanandan hər gün davaları yarandığını, onu döyərək təhqir etdiklərini, oğlunun onu hədələdiyini və söydüyünü, evdən qovduğunu, sonuncu hadisənin 12 mart 2025-ci il tarixdə baş verdiyini, 4-5 min manat pulu Şükür Səfərovun xərclədiyini, sonra isə pulu ondan istədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi X4 izahatında tərəflərin 2024-cü ilin avqust ayından münaqişəli ailə kimi qeydiyyata alındıqlarını, demək olar ki, hər gün mübahisə yarandığını, iki ildir ki, onlar mülkiyyət və pul üstündə münaqişə yarandığını, dəfələrlə döymə hadisəsi olduğunu, mülkiyyətlə bağlı mübahisə olduğunu, Zərərçəkmiş şəxs dəfələrlə onlara müraciət etdiyini, sonra isə ərizəsini geri götürdüyünü, Zərərçəkmiş şəxs 12 mart 2025-ci il tarixdə onlara müraciət etdiyini, araşdırma aparıldıqdan sonra Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə göndərildiyini, Şəxs anasının üzərinə hücum etdiyini, sonuncu mübahisənin pula görə yarandığını, Kərəmin müdaxilə etdiyi mübahisənin daha əvvəl baş verdiyini, onun barəsində ayrıca araşdıma aparıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatı, eyni zamanda məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şahbuz rayonu Keçili kənd sakinləri X5 və Səfərov X3 Zəhra Əli qızına nalayiq ifadələr işlətmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, protokol tərtib edən orqanın nümayəndəsinin və zərər çəkmiş şəxsin ifadələri və eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun nalayiq ifadələr işlətməməsi barədə ifadəsini onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzibati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs 3-cü qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında qeyd olunmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat miqdarında cərimə olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-13/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-13/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver