Məhkəmə qərarları › İş №3(090)-14/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-14/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-14/2023 27.07.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1991-ci ildə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, (FİN kod – xxxxxxx) orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, müvəqqəti işsiz, Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və Probasiya bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 iyul 2023-cü il tarixli, 013211 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər “27” iyul 2023-cü ildə Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs Şahbuz Rayon Məhkəməsinin e-2(090)-194/2021 nömrəli, 06 yanvar 2022-ci il tarixli icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. İcra sənədinə əsasən borclu Şəxs 3224.76 (üç min iki yüz iyirmi dörd manat, yetmiş altı qəpik) manat əsas, 617.67 (altı yüz on yeddi manat, altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 3842.43 (üç min səkkiz yüz qırx iki manat, qırx üç qəpik) manat məbləğində borc tutularaq iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, cavabdeh Şəxs 58,42 (əlli səkkiz manat, qırx iki qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Borclu Şəxs borcu ödəməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırmış və icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 2021-ci ilin payız ayında "xxxx" ASC-dən 3196 manat kredit götürübdür, həmin kreditdən üç ay ödəniş edibdir, sonuncu dəfə 2022-ci ilin yanvar ayında 100 manat ödəniş edibdir, həmin qərarın icrası barədə ona xəbərdarlıq da edilibdir, lakin o işsiz olduğu borclu olduğu pulu ödəyə bilməyibdir, o çalışıb işə düzəlsin borcunu ödəsin, o, bilibdir ki, borcunu ödəməlidir, hal-hazırda o, işsizdir, hazırda əməlindən peşmandır və bundan sonra borcunu ödəməyə çalışacaqdır. İnzibati protokolu tərtib etmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və Probasiya bölməsinin rəis vəzifəsini icra edən, İİ dərəcəli ədliyyə qulluqçusu Əli Piriyev məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib əlavə olaraq bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki icra sənədi olubdur, həmin sənədlərdən biri aliment tələbi olubdur, aliment tam ödənildiyindən həmin icra sənədinə xitam verilibdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs e-2(090)-194/2021 nömrəli, 06 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3900.85 manat puldan borclu 100 manat ödəniş etdiyi üçün 3800.85 manat pul ödənilməlidir, sonuncu ödəniş borclu tərəfindən Şəxs 2022-ci ilin mart ayında 100 manat edibdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati protokolu tərtib etmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin izahatını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, iş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin e-2(090)- 194/2021 nömrəli, 06 yanvar 2022-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 3224.76 (üç min iki yüz iyirmi dörd manat, yetmiş altı qəpik) manat əsas, 617.67 (altı yüz on yeddi manat, altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 3842.43 (üç min səkkiz yüz qırx iki manat, qırx üç qəpik) manat məbləğində borcun və 58,42 (əlli səkkiz manat, qırx iki qəpik) manat miqdarında dövlət rüsumunun tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz rayon İcra və Probasiya bölməsinin Şəxs ünvanlandığı “07” yanvar 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-194/2021 nömrəli, 06 yanvar 2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz Rayon İcra və Probasiya Bölməsi tərəfindən “24” iyul 2023-cü il tarixdə təkrar xəbərdarlıq olunmasına baxmayaraq o, yenə də icradan yayınmışdır. İş materiallarında olan borclu R.T.X2 Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və Probasiya bölməsində verdiyi 27 iyul 2023-cü il tarixli izahatının surətindən görünür ki, o, işləmədiyi üçün və maddi imkanının olmadığından Şahbuz Rayon Məhkəməsinin e-2(090)-194/2021 nömrəli icra sənədində göstərilən məbləği tələbkarın xeyrinə ödəyə bilməyəcəyini göstərmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Şahbuz Rayon Məhkəməsinin e-2(090)- 194/2021 nömrəli, 06 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3224.76 (üç min iki yüz iyirmi dörd manat, yetmiş altı qəpik) manat əsas, 617.67 (altı yüz on yeddi manat, altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 3842.43 (üç min səkkiz yüz qırx iki manat, qırx üç qəpik) manat məbləğində borc və 58,42 (əlli səkkiz manat, qırx iki qəpik) manat miqdarında dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin icrası haqqında bildiriş borcluya göndərilmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində Şəxs borcun ödənilməsi təklif edilmiş, lakin borc üzrə heç bir ödəniş edilməmiş və ya ən azından buna cəhd də edilməmişdir. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-194/2021 nömrəli icra sənədinin könüllü icrası üçün borcluya xx.xx.2022-ci il tarixdə bildiriş göndərilsə də, həmin vaxtdan iki aya yaxın vaxt keçməsinə baxmayaraq Şəxs tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, icra sənədinin icrası ilə bağlı Şəxs bu günədək heç bir ödəniş etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Şəxs səmimi peşmançılığı yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsinin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Beləliklə, Şəxs inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməni istisna edən hallar mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, icra bölməsinə gətirildiyi vaxtdan, yəni “27” iyul 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli “27” iyul 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar