Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-15/2025 29.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şahbuz Rayon Məhkəməsinə Şahbuz rayonu, Şahbuz qəsəbəsində fəaliyyət göstərən “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə “X6” MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, “X6” MMC-nin ünvanına 99GF954 (qoşqu-99ZA954) dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Gürcüstan Respublikasından idxal etdiyi "şüşə butulkalar” yükü xx.xx.2025-ci il tarixində Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinə baxmayaraq həmin mallara dair gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixində tərtib edilərək aidiyyatı gömrük orqanına təqdim edilmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Buna görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq Təhqiqat şöbəsi tərəfindən “X6” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsilə 08 aprel 2025-ci il tarixli, 18000-00443/25 nömrəli protokol tərtib edilərək baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, “X6” MMC-nin nümayəndəsi X4 xx.xx.2025-ci il tarixli 18000-00443/25 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “X6” MMC barəsində tərtib olunmuş protokolu əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə olunmuş mötəbər sənədlərdən görünür ki, “X6” MMC-nin ünvanına 99GF954 (qoşqu-99ZA954) dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Gürcüstan Respublikasından idxal etdiyi "şüşə butulkalar” yükü xx.xx.2025-ci il tarixində Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinə baxmayaraq həmin mallara dair gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixində tərtib edilərək aidiyyatı gömrük orqanına təqdim edildiyi öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Dövlət Gömrük komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “X6” MMC-nin (VÖEN **********) ünvanına 99GF954 (qoşqu-99ZA954) dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Gürcüstan Respublikasından idxal etdiyi "şüşə butulkalar” yükü 19 mart 2025-ci il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinə baxmayaraq həmin mallara dair gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixində aidiyyəti gömrük orqanına təqdim edilmişdir. “X6” MMC-nin adından 07 yanvar 2025-ci il tarixdə verilmiş 07 yanvar 2026-cı il tarixədək qüvvədə olan etibarnamə əsasında X3 “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə daxil olan yüklərin və müşayiət edilən yük sənədlərinin təhvil alınması, göndərilməsi və digər yük əməliyyatlarının aparılması, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, imza üçün səlahiyyət, sənədləşmə və hesablaşma işlərinin həyata keçirilməsi üçün səlahiyyət verilmişdir. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 08 aprel 2025-ci il tarixli 18000-00443/25 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Baş Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzinin rəisi, gömrük xidməti mayoru Rza Rzalı tərəfindən tərtib edilmiş raportdan görünür ki, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Gürcüstan Respublikasından idxal etdiyi "şüşə butulkalar” yükü 19 mart 2025-ci il tarixdə 99GF954/99ZA954 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə ölkəyə daxil olmuşdur. Gətirilən mallara (malın barkodu-**********03659) dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən qanunvericiliklə müəyyən olunmuş (15 gün) müddət ərzində gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Odur ki, “X6” MMC İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “X6” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq “X6” MMCyə İXM-nin 493-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şahbuz Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-15/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-15/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver