Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-16/2024 29.05.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, Şahbuz Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, orta təhsilli, evli, deməsinə görə məhkumluğu yoxdur, usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şahbuz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala “29” may 2024-cü il tarixdə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş sənədlərdən, eyni zamanda ifadələrdən görünür ki, Şəxs “29” may 2024-cü il tarixdə Şahbuz rayonu, Şahbuz şəhəri, Heydər Əliyev prospektində özünə məxsus avtomobildən düşərək içkili vəziyyətdə polis baş serjantının qanuni tələbinə tabe olmayaraq, onlara müqavimət göstərərək qanunsuz hərəkətlərə yol vermiş və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin faktla bağlı Şahbuz Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə “29” may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq həmin tarixdə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, övladının xeyir işi üçün oğlu ilə birlikdə həyətdə işləyiblər, yorğun olduqları üçün oğlu ilə birgə iş yerinin yaxınlığındakı kafeyə gediblər, bir yerdə yeyib-içiblər, hər ikisi iki bakal pivə və 100 qramda araq içmişlər, daha sonra oğlu ilə birlikdə kafedən çıxıb içkili vəziyyətdə maşına miniblər, evlərinə 10-15 metr qalmış polis əməkdaşları onun avtomobilini saxlamış, oğlu polis əməkdaşları ilə söhbət etmək üçün avtomobildən enibdir, həmin vaxt polis əməkdaşları ilə aralarında mübahisə yaranmağa başlayıbdır, əməlindən çox peşmandır, 3cü qrup əlildir, bədənində 60 faizə yaxın yanıq xəsarətləri vardır, o, Dövlət Sosial Müdafiə Fondundan əlilliyi müəyyən olunmuş şəxs kimi sosial müavinətdə alır. İnzibati protokolu tərtib etmiş Şahbuz Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 29 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol Şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu PHŞ Şahbuz Rayon şöbəsi tərəfindən verilən 29 may 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs Dövlət Sosial Müdafiə Fondundan Orqanizmin funksiyalarının 31-60% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi 150 (bir yüz əlli) manat sosial müavinət alır. İş materiallarında olan 29 may 2024-cü il tarixli, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs polis əməkdaşlarına qanuni tələblərinə tabe olmayaraq onlara müqavimət göstərərək qanunsuz hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını, onun 3-cü qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi, həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs inzibati xətanı sərxoş halında törədilməsini isə məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün səmimi etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol və eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən hansının tətbiq edilməsi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-16/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-16/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver