Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-17/2023 14.09.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs-xx xxxx 1968-ci il tarixdə Şahbuz rayonunun Y.Qışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaq atası, işsiz, Şahbuz rayonunun Y.Qışlaq kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində 14 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 008530 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 02 sentyabr 2023-cü il tarixdə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində, “Bayram ölən” adlanan ərazidə X2 döymüş, ona qəsdən fiziki ağrı yetirmişdir. Faktla bağlı zərərçəkmiş şəxs H.Səfərov Şahbuz rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsinin İstintaq və Təhqiqat qrupunun təhqiqatçısı İ.Eyvazov tərəfindən araşdırma aparılmış və 12 sentyabr 2023-cü il tarixli qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Şahbuz rayon Polis Şöbəsinin rəisinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilmişdir.. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilmiş, hərəkətlərinə görə Həsən Səfərovdan üzr istəmiş, onunla barışmış, bir daha belə hərəkətlərə yol verməyəcəyini, H.Səfərovun onu bağışladığını, hərəkətlərindən çox peşman olduğunu, hərəktlərinin təkrar olunmayacağını bildirmiş, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmkəndlisidir. 02 sentyabr 2023-cü il tarixdə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində, “Bayram ölən” adlanan ərazidə aralarında mübahisə olmuş, Şəxs onu döymüşdür. Şəxs ondan üzr istəmiş, onunla barışmışdır. Hazırda Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarında olan- 12 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, HK/1-143 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyət cəlb edilməsi üçün qərarın surəti Şahbuz rayon Polis Şöbəsinin rəisinə təqdim edilmişdir. Məhkəmə iş üzrə icraatın iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs H.Səfərov məhkəməyə ərizə təqdim etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onunla barışdığını, ondan hərəkətlərinə görə üzr istədiyini bildirmiş, Şəxs şikayətinin tələbinin olmadığını bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(090)-17/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-17/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver