Məhkəmə qərarları › İş №3(090)-18/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-18/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-18/2023 25.09.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsi, hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şahbuz rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 iştirakı ilə, Şəxs-xx xxxx 1994-cü il tarixdə Şahbuz rayonunun Badamlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, müvəqqəti işsiz, Şahbuz rayonunun Badamlı kəndində qeydiyyatda olan-barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şahbuz Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 25 sentyabr 2023-cü il tarixdə Şahbuz Rayon İcra və Probasiya bölməsinin rəisi vəzifəsini icra edən icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 010764 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-318/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə Şəxs 2295 manat borc və 42.95 manat dövlət rüsumunun 30 manat hissəsinin alınıb X3, Şahbuz Rayon Məhkəməsinin 2(090)-77/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə Şəxs 3941 manat borcun və 59.41 manat dövlət rüsumunun alınıb X3 verilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-318/2023 nömrəli, 28 mart 2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Şahbuz Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədi 24 may 2023-cü il tarixdə icraata qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmçinin Şahbuz Rayon Məhkəməsinin 2(090)-77/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Şahbuz Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədi 01 iyun 2023-cü il tarixdə icraata qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs icra sənədləri üzrə borc məbləğlərini, dövlət rüsumlarını ödəməkdən yayınmış, onun ümumilikdə 6325.41 manat borcu var. Borclu Şəxs tələblərin təmin olunması barədə xəbərdarlıq olunmuş, tələbin təmin edilməsi üçün müddət müəyyən edilmiş, lakin borclu Şəxs tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-318/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə ondan 2295 manat borc və 30 manat dövlət rüsumunun, Şahbuz Rayon Məhkəməsinin 2(090)-77/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə ondan 3941 manat borcun və 59.41 manat dövlət rüsumunun alınıb X3 verilməsi qət edilmiş, icra sənədləri icra edilməsi üçün Şahbuz Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icraata başlamaq haqqında qərarların surəti, tələbin könüllü icrası barədə bildirişlər ona göndərilmiş, tələblərin icrasının könüllü təmin edilməsi təklif edilmiş, tələblər könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Tələbkara 6325.41 manat borcu var. İşləmir, qazancı yoxdur. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. İcra məmuru tərəfindən icra bölməsinə dəvət edilmiş, borcun ödənilməsi üçün bir neçə dəfə ona vaxt müəyyən edilmiş, borcunu ödəməmişdir. Borcunu ödəməyə maddi imkanı yoxdur, lakin ona borcu ödəməsi üçün vaxt verilməsini və ya ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Şahbuz rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsasları, həmçinin Şəxs barəsində bölmənin icraatına yeni olaraq 12 230.33 manat pul tələbi ilə bağlı icra sənədinin daxil olduğunu bildirmiş, Zeynalovun barəsində həbs inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Şəxs 6325.41 manat borcunun olmasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 8 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 25 sentyabr 2023-cü il, saat 15:50-dən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar