Məhkəmə qərarları › İş №3(090)-20/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-20/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-20/2025 28.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs və Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxx 1970-ci ildə Şahbuz rayonu, Keçili kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, ali təhsilli, subay, 3 uşaq atası, Şahbuz rayonu Keçili kənd tam orta məktəbində müəllim işləyən, Şahbuz rayonu, Keçili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X5 tərəfindən tərtib edilmiş 28 aprel 2025-ci il tarixli, ******* nömrəli “İnzibati xəta haqqında” protokol baxılması üçün Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında yoldaşının onu döydüyünü və söydüyünü, bu halı Zərərçəkmiş şəxs yaratdığını, aralarında tez-tez mübahisə olduğunu, Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini və söymədiyini, Zərərçəkmiş şəxs onun telefonunu oğurladığını və “kaşloku”ndan 600 manat pul götürdüyünü, evdə bir otağın keçmiş yoldaşına ayrıldığını, 01 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs onu söydüyünü, polisin evə dəfələrlə gəldiyini, xx.xx.2025-ci il tarixdə mübahisə zamanı Zərərçəkmiş şəxs evdə çayına tüpürdüyünü, sonra mübahisələrinin yarandığını, mübahisə zamanı oğlunun orada olduğunu, oğlunun anasının üzərinə hücum çəkdiyini, əgər oğlunu saxlamasa idi, oğlunun anasının başını kəsəcəyini, oğlunun Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs onun əlinin üstündən və bədəninə xəsarət yetirdiyini, əvvəllər aralarında mübahisə olmadığını, ziyalı olduğunu, söyüş söymədiyini, pulla bağlı mübahisə yarandığını, bundan əvvəl mübahisə etdiklərinə görə polis tərəfindən 500 manat cərimə olunduğunu və cəriməni ödədiyini, onun təqsirsiz olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında Şəxsla barışmadığını, məsuliyyətə cəlb olunmasını xahiş etdiyini, Şəxs onu söydüyünü və xəsarət yetirdiyini, Şəxs 10 aprel 2025-ci il tarixdə onun boynundan tutaraq başını çırpdığını, oğlu Əbdül Səfərovun da yuxudan duraraq onu söydüyünü, eyni evdə yaşadıqlarını, Şəxs onun valideyinlərini söydüyünü, onun da 102 polis xidmətinə zəng vurduğunu, Şəxsla boşandıqlarını, Şəxs onu vuraraq barmağını çatlatdığını, qonşuları da narahat etdiklərini, Şəxs evdə səs-küy etdiyini və söyüş söydüyünü, Şəxs iki evi olduğunu, lakin onunla eyni evdə yaşadığını, Şəxsla barışmadığını, Şəxs şikayətçi olduğunu bildirərək onu məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi X6 izahatında 2024-cü ilin avqust ayından münaqişəli ailə kimi qeydiyyata alındıqlarını, demək olar ki, hər gün mübahisə yarandığını, iki ildir ki, mülkiyyət və pul üstündə münaqişə yarandığını, dəfələrlə döymə hadisəsi olduğunu, mülkiyyətlə bağlı mübahisə yarandığını, Zərərçəkmiş şəxs 10 aprel 2025-ci il tarixdə onlara müraciət etdiyini, araşdırma aparılaraq Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə göndərildiyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Şahbuz rayon polis şöbəsinin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə yaranmış mübahisə zamanı Şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs törətdiyi əməldə cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində İXMnın 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün qərarın surətinin Şahbuz RPŞ-nin rəisinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli 91 nömrəli ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət: boyun nahiyəsinin yuxarı 1/3-nin sağ yarısının qançırı bərk küt əşya (əşyalar) təsirindən, eləcə də əllə sıxılma nəticəsində törənməsi mümkündür, müddəti məhkəmətibbi müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakter və lokalizasiyasını nəzərə alaraq göstərilən xəsarətin şəxsin özü tərəfindən özü-özünə yetirilməsi inkar edilir. Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli AZN № 0407 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, X9 xx.xx.2025-ci il tarixdə, saat 11:35-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun zərəçəkmiş şəxs təhqir etməməsi, onu evdən qovmaması barədə ifadəsini onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzibati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Məhkəmə araşdırılması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətaya görə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal hesab edir. Belə ki, iş materiallarında olan Şahbuz rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilməsi müəyyən olunur. Həmçinin iş materiallarında olan şəxsin digər məhkəmə və icra işləri barədə məlumatlardan: Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(090)-2/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs ilə barışması əsası ilə cinayət işinə xitam verilməsi, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(090)-27/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirlməsinə dair inzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs ilə barışması əsası ilə inzibati xətaya dair işin icraatına xitam verilməsi, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(090)-14/2025 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə təqsirləndirlməsinə dair inzibati xətaya dair iş üzrə barəsində 100 manat cərimə növündə inzibati tənbehin tətbiq edilməsi müəyyən olunur. Məhkəmə, təqsirləndirilən şəxs Şəxs barəsində inzibati tənbeh növünü müəyyən edərkən inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Şəxs eyni xətanı təkrarən törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Şəxs şəxsiyyətini, əvvəllər sağlamlıq əleyhinə törətdiyi inzibati xətaya görə verilmiş inzibati tənbehdən, həmçinin əvvəllər digər kateqoriyadan törətdiyi inzibati xəta əməllərinə görə verilmiş tənbehlərdən nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah, habelə tərbiyə olunmamasını, yeni inzibati xəta törətməyə meylliyini nəzərə alaraq İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan 28 aprel 2025-ci il tarixli, 0407 nömrəli tutma haqqında protokoldan da aydın olur ki, Şəxs barəsində xx.xx.2025-ci il, saat 11:35 tarixdə tutulma tədbiri tətbiq edilmişdir. Ona görə də, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 28 aprel 2025-ci il tarixdən saat 11:35dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 28 aprel 2025-ci il tarixdən saat 11:35-dən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar