Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-21/2025 28.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs və Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxx 1996-cı ildə Şahbuz rayonu, Keçili kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, orta təhsilli, subay, inzibati məsuliyyətə cəlb edilməyən, 3cü qrup əlil, Şahbuz rayonu, Keçili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş 28 aprel 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xırda xuliqanlıqda təqsirləndirilir. Belə ki, xx.xx.2025-ci il tarixdə Şahbuz rayonu Keçili kənd sakinləri X6 və Səfərov X3 Zəhra Əli qızına nalayiq ifadələr işlətmişdirlər. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında anası Zərərçəkmiş şəxs ona böhtan atdığını, anasını söymədiyini, anasının onu söydüyünü, 10 aprel 2025-ci il tarixdə polisdə izahat verdiyini, hadisənin izahatında qeyd etdiyi kimi baş verdiyini, yuxudan durduğu zaman anası ilə atasının savaşdığını, atasının anasının üzərinə hücum etdiyini, onun qarşısını aldığını, lakin atasının anasını döyməyəcəyini, anasının əşyaları atasına tulladığını, anasının atasının əsəblərini pozduğunu, anasına pis olmadığını, telefonunun yandığını, orada videolar olduğunu, anasının onu söydüyünü, atası ilə anası arasında mübahisə olduğunu, onun isə tərəf tutmadığını, onları sakitləşdirməyə cəhd etdiyini, atasının haqlı olduğunu, dayılarının atasının üzərinə hücum çəkdiyini, anası ilə işinin olmadığını, anasını qardaşlarının öyrətdiyini, əlində olan pulu aldıqlarını, anasını evdən qovmadığını, ayna qırıldığı üçün oradan keçməmələrini dediyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında atasının etdiklərini oğlu Şəxs da etdiyini, 10 aprel 2025-ci il tarixdə Şəxs yuxudan duraraq onu söydüyünü və üstünə hücum çəkdiyini, eyni evdə yaşadıqlarını, Şəxs ona qəndqabını tulladığını, lakin ona dəymədiyini, Şəxs onu evdən qovduğunu, onu söydüklərini, oğlunu bağışladığını, ondan şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi X4 izahatında 2024-cü ilin avqust ayından münaqişəli ailə kimi qeydiyyata alındıqlarını, demək olar ki, hər gün mübahisə yarandığını, iki ildir ki, mülkiyyət və pul üstündə münaqişə yarandığını, dəfələrlə döymə hadisəsi olduğunu, mülkiyyətlə bağlı mübahisə yarandığını, Zərərçəkmiş şəxs 10 aprel 2025-ci il tarixdə onlara müraciət etdiyini, Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə göndərildiyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddənin məzmunundan da göründüyü kimi xırda xulqanlıq inzibati xətanın törədilməsinə inzibati tənbeh, ictimai qaydanı pozma əlamətləri olduqda və fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə barəsində inzibati tənbeh tətbiq edilən şəxsə tətbiq edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli, 1 saylı Plenumunun qərarında göstərilmişdir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Həmin qərarın 3 bəndində göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İş materiallarında olan Şahbuz rayon polis şöbəsinin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə yaranmış mübahisə zamanı Şəxs anası Zərərçəkmiş şəxs təhqir edərək salonda olan masanın üzərində olan qənd qabını ona tulayan zaman və onu evdən qovduğu üçün onun törətdiyi əməldə cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməllində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində İXM-nın 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün qərarın surətinin Şahbuz RPŞ-nin rəisinə göndərilməsi qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, hazırki inzibati xəta haqqında material zərəçəkmiş şəxs ilə təqsirlədirilən şəxs arasında olan mübahisə nəticəsində yaranmışdır və zərərçəkmiş şəxs ilə təqsirləndirlən şəxs yaxın qohumluq münasibətlərindədirlər, yəni Zərərçəkmiş şəxs təqsirləndirlinən şəxs Şəxs anasıdır və onlar arasında mübahisə məhz ailə daxili münaqişə nəticəsində, onların yaşadığı mənzildə baş vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53., 53.1.2.-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən belə hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43.1, 53 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-21/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-21/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver