Məhkəmə qərarları › İş №3(090)-22/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-22/2024

10.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-22/2024 10.08.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1975-ci ildə Şahbuz rayonu, Badamlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), Azərbaycanlı, orta təhsilli, evli, üç uşaq atası, fərdi sahibkar (VÖEN - **********), Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin 10 avqust 2024-cü il tarixli, 3-13-43- 11/2-5216/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 10 avqust 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 10 avqust 2024-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, qanunsuz olaraq metamfetamin psixotrop maddəsini istehlak etdiyinə görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X4 protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında Şahbuz rayonu, Badamlı kəndində xırda buynuzlu heyvan növbələrinə getdiyini, bu yaxınlarda 7 baş heyvanım oğurlandığını, o da bu barədə polisə müraciət etdiyini, həm polis əməkdaşları həmdə İcra nümayəndəliyi ona heyvanları axtarmağında köməklik etdilərini, həmin vaxt Gülağa Əsgərov adlı bir nəfərin həyətinə getdiklərini, heyvanlar onun həyətində olmadığını, həmin şəxsin oğlu əvvəllər oğurluq üstündə tutulduğunu, onların kənd sahə rəisi ona Gülağanın oğlundan şikayət etməsini dediyini, onun da şikayət edə bilməyəcəyini, çünki həmin şəxsin tövləsindən onun heyvanlarının çıxmadığını, həmin vaxt sahə rəisi ilə bu barədə mübahisə də etdiklərini, həmin vaxtdan sahə rəisinin onunla prinsip apardığını düşündüyünü, keçən ay Bakı şəhərinə yasa getdiyini, Bakı şəhərindən qayıdan zaman sahə rəisinin ona işi bağlamaq üçün izahat verməli olduğunu dediyini ona şəxsiyyət vəsiqəni və pasportunu da gətirməsini dediyini, izahat verməyə gedən zaman ondan Bakı şəhərinə nə məqsədlə getdiyini soruşduqlarını, onun da Bakı şəhərinə yasa getdiyini dediyini, sahə rəisinin həmin vaxt ona Bakı şəhərinə gedib narkomanlara qoşulduğunu dediyini, o da narkotk istifadə etmədyini əgər istifadə edib sübut etməsini dediyini, onun yasa getdiyini, bu barədə sübutunun olduğunu bildirdiyini, həmin vaxt əlavə olaraq oğlunun zabit olduğunu Bakı şəhərinə gedən vaxt onun evində qaldığını dediyini, onun polisə izahat verən zaman 2011-ci ildə marixuana qəbul etdiyinin onun üçün 15 sutka müddətində inzibati qaydada həbs edildiyini bildirdiyini, həmin vaxtdan buyana heç bir narkotik maddə istifadə etmədiyini, həmin vaxtdan indiyədək adi ağrı kəsici belə qəbul etmədiyini, qan analizini özünün könüllü şəkildə verdiyini, onun axrıncı dəfə 2011-ci ildə maruxana istifadə etdiyini, əgər ekspert düz deyirsə qanından metanfetamin yox, marixuana çıxa bilməli olduğunu, onun həmin narkotik vasitəni istifadə etmədiyini, lakin bunu sübut edə bilmədiyini, ekspertizanın rəyinin qərəzli olduğunu düşündüyünü bildirmişdir. Məhkəmə iclasında sualları cavablandıran S.Həsənov cəmi bir dəfə marixuana istifadə etdiyini, həmin vaxt da tutulduğunu 15 gün həbs edildiyini, ekspertiza mərkəzinə polislərin müşayəti ilə özünün könüllü getdiyini, nümunə üçün qanını laborant həkimin çəkdiyini, 2011-ci ildən bu yana marixuana istifadə etmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə prosesində verdiyi izahatında ekspert rəyi ilə razılaşmayıb, onu mübahisələndirməyi ilə bağlı məhkəmə qeyd edir ki, inzibati protokola əlavə edilmiş ekspert rəyi əsaslandırılmış və qənaətedici mötəbər sübut hesab edilir. Belə ki, şəxsin öz izahatında ekspertizaya getməsi və qanının analizə verilməsi, şəxsin qanında “metafetamin” olmasının müəyyən edilməsi şəxsin özünü müdafiə məqsədilə bu cür izahat verməsi və ekspert rəyini mübahisələndirməsi olaraq qiymətləndirilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 07 avqust 2024-cü il tarixli, 70/K nömrəli məhkəmə kimyəvi rəyinə əsasən müayinə zamanı Şəxs Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitə olan “metamfetam”in maddədən istifadə etməsi aşkar edilmişdir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahıya əsasən psixatrop maddə olan “metamfetam”in Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun narkotik vasitələrdən ümumiyyətlə istifadə etməməsi barədə ifadəsini özünü müdafiyə kimi qiymətləndirir. Belə ki iş materiallarında olan ekspert rəyi ilə Şəxs maddi sübut kimi götürülmüş qandan məhkəmə-kimyəvi tədqiqatı nəticəsində psixotrop maddə olan “metamfetamin” aşkar edilməsi müəyyən edilir. Həmin halı təkzib edəcək əsas isə məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində cəza təyin edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas müəyyən edilmədi. Məhkəmə Şəxs ilk dəfə intibati xəta törətməsini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə olunmalıdır. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar