Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-23/2024 29.08.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx xxxx 1982-ci ildə Şahbuz rayonu, Keçili kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, fərdi identifikasiya nömrəsi: xxxxxxx , orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmmamış, Şahbuz rayon “Qaz İdarəsi”ndə nəzarətçi işləyən, Şahbuz rayonu, Keçili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şahbuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xətalar haqqında materialdan görünür ki, 17 iyul 2024-cü il tarixdə saat 15:30 radələrində Şəxs idarə etdiyi “Vaz 21214” markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şahbuz rayonu, Keçili kənd ərazisində “Elaz arxı” deyilən yerdə hərəkətdə olan zaman idarə etməni itirərək, yolun sağ hissəsində olan qayaya çirparaq, yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində yolun sağ hissəsində olan həyətə girərək oradakı cəviz ağacına dəyərək dayanmış, nəticədə avtomobildə olan sərnişinlər xx.xx.1971-ci il təvəllüdlü Şərur rayon, Mahmudoba kənd sakini Zərərçəkmiş şəxs2 və xx.xx.1982-c il təvəllüdlü Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bu barədə Naxçıvan MR Yol patrul xidməti inspektoru, polis serjantı E.H.Həsənov tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3, 62.4 və 112.1.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - 16 iyul 2024-cü il tarixli, 351 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı ilə xx.xx.2024-cü il tarixdə müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilir. - Azərbaycan Respublikası Naxçıvan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli, 34 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ qaşüstü nahiyəsinin sıyrığı bərt küt əşya (əşyaların) təsirindən törənmişlərr, eləcə də sərnişini olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür, müddəti məhkəmə-tibbi müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. - Azərbaycan Respublikası Naxçıvan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli, 35 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin silkələnməsi ilə müşaiyət olunan başın sağ təpə nühiyəsinin qançır-zəif şişkinliyi bərk küt əşya (əşyaların) təsirindən törənmişlərr, eləcə də sərnişini olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür, müddəti məhkəmə-tibbi müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. -AE seriyalı, 867220 nömrəli sürücülük vəsiqəsinin məlumatından görünür ki, Şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək etibarlı olan “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin İİ-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti sahəsində fiziki şəxslər onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək vəzifələridir. Həmin Qanunun 11-ci maddəsinin İ-ci hissəinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər bu maddənin tələblərinə riayət etməklə avtomobil yollarından istifadə edə bilərlər. Avtomobil yollarında yalnız dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrinin hərəkətinə yol verilir. Həmin Qanunun 30-cu maddəsinin İİ-ci hissəsinin 2-ci bəndinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; Azərbaycan Respublikasının İXM-in 327.1.-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxılan inzibati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 25.1.-maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl ehtiyatsızlıqdan törədilmiş və eyni zamanda yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətadır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında qeyd olunmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-23/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-23/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver