Məhkəmə qərarları › İş №3(090)-25/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-25/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-25/2025 12.06.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, protokol tərtib edən orqanın nümayəndələri X5 və X1 iştirakı ilə, “X15” LTD Müəssisəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şahbuz Rayon Məhkəməsinə hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 4 olan “X15” LTD Müəssisəsinin (bundan sonra mətndə “X15” LTD) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Protokolda göstərilmişdir ki, “X15” LTD Müəssisəsi Şahbuz rayonu Batabat massivində yol çəkilişi zamanı 2 (iki) ədəd “itburnu” kolunun məhv edərək inzibati xəta törətmişdir. Sözügedən ərazi meşə fonduna daxil olmayan sahədə yerləşir. Məhkəmə iclasında protokol tərtib edən orqanın nümayəndəsi X2 izahatında araşdırma aparıldığını, barəsində protokol tərtib edilmiş hüquqi şəxslə inzibati xəta törətmiş hüquqi şəxsin eyni “loqo”lara malik olduğunu, iş üzrə əlavə araşdırma aparılması zərurətinin olduğunu, hərtərəfli araşdırma aparılması üçün bir il müddətində araşdırma səlahiyyətləri olduğunu, buna görə də protokol və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında protokol tərtib edən orqanın nümayəndəsi X5 izahatında əlavəsinin olmadığını, iş üzrə əlavə araşdırma aparılması zərurətinin olduğunu, buna görə də protokol və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, “X15” LTD Müəssisəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hüquqi şəxsin təqsirləndirildiyi inzibati xəta tərkibi meşə fonduna daxil olmayan kolların məhv edilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətalar haqqında qanunvericiliyin norma və prinsiplərinin təhlili onu göstərir ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2.-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Hazırkı işə münasibətdə onu qeyd etmək olar ki, 14 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol “X15” LTD müəssisəsinin barəsində tərtib edilmişdir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən hüquqi şəxs tərəfindən inzibati xəta törədilməmiş və protokol inzibati xəta törədilməsinə aidiyyəti olmayan hüquqi şəxs barəsində tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə Naxçıvan Muxtar Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sorğuya cavab məktubuna əsasən "xxxx" MMC-nin icarəsində olan: 1. ** BA *** nömrəli yük maşını sürücüsü İsayev Elçin; 2. ** BJ *** nömrəli yük maşını sürücüsü Əsgərov İntiqam; 3. ** BH *** nömrəli yük maşını sürücüsü Məmmədov Arzuman; 4. ** BA *** nömrəli yük maşını sürücüsü Əliyev Məhəmməd; 5. ** BG *** nömrəli yük maşını sürücüsü Həsənəliyev Rizvan. "xxxx" MMC-nin balansında olan 1** FX *** nömrəli ekskvator sürücüsü Hüseynov Yavər; 1** FX *** nömrəli bekoloder sürücüsü Məmmədov Anar, yük maşını və texnikalar “X11” MMC ilə xx.xx.2024-cü il tarixli 24-NWT-NDL-1055 nömrəli bağladıqları müqavilə əsasında sürücülər "xxxx" MMC-yə aid olmaqla “X11” MMC-nin Şahbuz rayonu, Batabat yaylasında yerləşən tikinti obyektlərində qazıntı və yükdaşıma xitmətləri həyata keçirildiyi, fəaliyyətin hal-hazırda davam etdiyi müəyyən olunur. İş materiallarına əlavə edilən “Elektron Məhkəmə” İnformasiya Sistemində olan hüquqi şəxs “X15” LTD-nin vergi məlumatları barədə çıxarışla hüquqi şəxsin rəhbərinin X8 olması müəyyən edilir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytında olan hüquqi şəxslərinin qeydiyyatı barədə məlumatla VÖEN: ********** olan "X9" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisinin X6 olaraq qeyd edilməsi müəyyən olunur. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə “X15” LTD Müəssisəsi yuxarıda qeyd edilən inzibati xəta törədilməsinə aidiyyəti olmayan hüquqi şəxs olduğundan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin vəzifəli şəxsi tərəfindən “X15” LTD Müəssisəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Naxçıvan Muxtar Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-136-cı maddələrini rəhbər tutaraq qəraraaldı: “X15” LTD Müəssisəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar