Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-27/2024 23.09.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Şahid iştirakı ilə xx xxxx 1970-ci ildə Şahbuz rayonu, Keçili kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, (FİN kodu xxxxxxx), ali təhsilli, subay, üç uşaq atası, Şahbuz rayonu, Keçili kəndində qeydiyyatda olan və yaşayan, Şahbuz Rayon Təhsil Şöbəsinin Keçili kənd orta məktəbində müəllim işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin 23 sentyabr 2024-cü il tarixli 3-13-43-11/2-6238/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 23 sentyabr 2024-cü ildə məhkəməyə daxil olmuşdur. Şəxs barəsində olan inzibati xəta haqqında işi inzibati xətalar qanunvericiliyinin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. X5 Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 20 avqust 2024-cü ərizəsindən aydın olur ki, yalnız Səfərova X3 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz rayon polis şöbəsinə özünün Şəxs tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Bununla bağlı məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 sentyabr 2024-cü il tarixli qərarında Şahbuz Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat qrupunun təhqiqatçısı şikayət ərizəsi əsasında toplanmış materiala baxaraq cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində cinayət tərkibinin əlamətlərinin olmaması qeyd edilmişdi. Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 21 avqust 2024-cü il tarixli, 361 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı bədən səthi üzərində, eləcə də qarın nahiyyəsində xəsarətin hər hansı obyektiv əlaməti aşkar edilmir. 23 sentyabr 2024-cü ildə keçirilən məhkəmə iclasında isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Şəxs barəsində olan şikayətindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinin tələbindən görünür ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmçinin həmin Məcəllənin 53.1-ci və 53.1.9-cü maddələrinin mahiyyətindən də aydın olur ki, Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən hüquq normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidi. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin 23 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir Sədrlik edən : Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(090)-27/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-27/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver