Məhkəmə qərarları › İş №3(090)-33/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-33/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-33/2024 24.10.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Vəkil, şahidlər Şahid1 və Şahid2 və Şahbuz Rayon Polis Şöbəsinin polis sahə X1 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Naxçıvan rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, orta təhsilli, evli, 3 uşaq atası, deməsinə görə məhkumluğu olmayan, Şahbuz Rayon Mərkəzi Xəstəxanasında sürücü vəzifəsində işləyən, Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş 24 oktyabr 2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xırda xuliqanlıqda təqsirləndirilir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şahbuz rayon Məhkəməsi zalında, daha sonra məhkəmənin həyətində səs-küy salmış və keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş şəxslə nikahının pozulduğunu, uşaqlarının ilk vaxtlar Ocaxquliyev Gülnarın yanında saxlanıldığını, daha sonra isə onun yanına gəldiklərini, qızının 2 kursda oxuduğunu, onun üçün kredit götürüb toy etdiyini, 23 oktyabr 2024-cü il tarixində Zərərçəkmiş şəxs əmlak tələbi ilə bağlı məhkəmə iclasının keçiriləcəyini, həddindən artıq əmlak tələbi olduğunu, buna görə əsəbləşərək aralarında mübahisə olduğunu, məhkəmənin həyətində Zərərçəkmiş şəxs da onun həyat yoldaşını təhqir etdiyini, Ocaxquliyev Gülnarı itələmədiyini, əl vurmadığını, qarşı-qarşıya iclasda oturarkən Ocaxquliyev Gülnarın ona sataşdığını və buna dözə bilmədiyini, nikahlarının pozulduğunu və onunla işi olmadığını, lakin qıcıqlandırıcı sözlər danışdığını, həyat yoldaşına sataşdığını, məhkəmə qaydalarını bilmədiyini, ona qarşı nalayiq söz işlətmədiyini, sadəcə səsini yüksəltdiyini, xəstə olduğu üçün səsinin də kobud çıxdığını, Zərərçəkmiş şəxs şikayətini geri götürdüyünü, əməlindən peşman olduğunu və bir daha təkrar səhv etməyəcəyini bildirmiş, uşaqlarını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında şikayətçi olmadığını, 23 oktyabr 2024-cü il tarixində Şəxsin və atasının məhkəməyə gələrək səs-küy saldıqlarını, atasının daha çox səs saldığını, Şəxsin onu təhqir edərək “həyat qadını” dediyini, buna dözməyərək “dediyin sənin evində oturub” dediyini, daha sonra icra məmurlarının gəldiyini, məhkəmə zalından çıxarıldıqlarını, məhkəmənin həyətində mübahisələrinin davam etdiyini, polis əməkdaşlarının gəlib Şəxsi apardıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 izahatında 23 oktyabr 2024-cü il tarixində otaqda oturub işləyərkən səs-küy olduğunu, cədvələ baxaraq Zərərçəkmiş şəxs Şəxsə qarşı əmlak mübahisəsinə dair məhkəmə prosesinin keçiriləcəyini gördüyünü, məhkəmə prosesi başlamadan Şəxsin və ailəsinin Zərərçəkmiş şəxs şəxsiyyəti əleyhinə nalayiq, təhqiredici sözlər işlətdiyini, dəfələrlə xəbərdarlıq edilməsinə, ailə üzvlərinin ayrı-ayrılıqda kənarlaşdırılmasına baxmayaraq alınmadığını, məcbur qalaraq polis şöbəsinə müraciət etdiklərini, bu barədə akt tərtib olunduğunu, bülə halların dəfələrlə təkrar olunduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 izahatında Şahbuz rayon icra və probasiya bölməsində icra məmuru vəzifəsində işlədiyini, 23 oktyabr 2024-cü il tarixində otaqda işləyərkən aşağıda səs-küy yarandığını, aşağı enərkən hər iki tərəfin bir-birlərinə nalayiq sözlər işlətdiyini və tərəflərin çölə çıxarıldığını gördüyünü, dəfələrlə Şəxsə xəbərdarlıq edildiyini, o aşağı enərkən daha çox Şəxsin səsinin gəldiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Vəkil polis şöbəsində də söhbət etdiklərini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin bəzi qanunlarını bilmədiyini, bunları ona izah etdiyini, ictimai qaydalara riayət etməsini ona bildirdiyini, Hüseynin qıcıqlanıb əsəbləşdiyini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən çox peşman olduğunu və belə halın bir daha təkrar olunmayacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahbuz Rayon Polis Şöbəsinin polis sahə X3 izahatında protokolu müdafiə etdiklərini, tərəflər arasında ailə münaqişəsi daxilində dəfələrlə münaqişə olduğunu, həmişə barışıqla nəticələndiyini, əvvəllər ciddi məsələ olmadığını, inzibati xətalar məcəlləsinin 510-cu maddəsi ilə, səs-küy saldığına görə protokol tərtib edildiyini, həmçinin zərərçəkmiş şəxsin izahatında onu təhqir etdiyini bildirdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatı, eyni zamanda məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şahbuz rayon Məhkəməsi zalında səs-küy salmış və keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, şahidlərin təqsirləndirilən və zərər çəkmiş şəxsin ifadələri və eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzibati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında qeyd olunmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat miqdarında cərimə olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar