Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-33/2025 23.06.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 iştirakı ilə, xx xxxx 1961-ci ildə Şahbuz rayonu, Badamlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, orta təhsilli, evli, 3 uşaq atası, müvəqqəti işsiz, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 iyun 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər 23 iyun 2025-ci ildə Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9515/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs 64350,0 (altmış dörd min üç yüz əlli) manat və ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəyə uyğun olaraq 300,0 (üç yüz) ABŞ dolları pul tutulması və ödənilmiş 30 manat dövlət rüsumuna görə 15 (on beş) manat cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Şahbuz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1.-ci maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat miqdarında cərimə edilmiş, bundan sonra Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatında heç yerdə işləmədiyini, ödəmək üçün maddi imkanı olmadığını, Bakı şəhəri, Qala qəsəbəsində restoranı olduğunu, əmlakla bağlı məsələlərlə məşğul olduğu üçün icra sənədi üzrə ödəniş etmədiyini, Bakı şəhərinə gedə bilmədiyini, Lötfi Cəbrayıl və restoranın birinci sahibi Süleyman adlı şəxsin əmlak barəsində ona problem yaratdığını, həmin restoran ilə bağlı hərrac protokolunun ləğv edildiyini, ona görə də prokurorluğa müraciət etdiyini, Nərimanov Rayon Prokurorluğunda cinayət işinin araşdırıldığını, iş üzrə kassasiya şikayəti verdiyini, şikayətin baxılmadığını, Konstitusiya Məhkəməsinə də müraciət etdiyini, orada işə baxılmadığını, dövlət orqanlarına müraciət etdiyi üçün icranı gecikdirdiyini, restoranı satıb borcunu tam ödəyəcəyi vaxtadək hər ay min manat pul ödəyəcəyini, restoranı sənədləşdirdikdən sonra isə sataraq qalan pulu ödəyəcəyini, restoranı qısa müddətə satacağını, restoranın onun olduğunu, Bakı şəhərində olmadığına görə hərracda iştirak edə bilmədiyini, dostuna iki min manat pul göndərdiyini, dostunun yoldaşının hərracda iştirak etdiyini, restoranın pulunu onun verdiyini, lakin dostunun yoldaşı hərracda iştirak etdiyinə görə əmlakın onun adına sənədləşdirildiyini, prokurorluğun qərarında da bunun qeyd olunduğunu, əmlakı almaq üçün qırx min manat ödədiyini, əmlakın sənədlərinin onda olduğunu, restoranı satacağını, icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə min manat ödəniş etdiyini, istinad etdiyi sənədləri icra məmuruna təqdim edəcəyini, icra vaxtını keçirməyəcəyini bildirmişdir. İnzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru Şəbnəm Əliyeva məhkəmə iclasında verdiyi izahatında Bakı Aprellyasiya Məhkəməsindən icra sənədinin xx.xx.2022-ci ildə icraatlarına daxil olduğunu, 64350 manat və 300 dollar pulun Şəxs alınaraq Lötfi Cəbrayıla ödənilməsinin qət olunduğunu, icra sənədi üzrə icraata başlama haqqında qərarla bildirişin tərəflərə göndərildiyini, borclunun iş yeri və əmlakı olmadığı üçün barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığını, Şəxs icra sənədini icra etmədiyi üçün xx.xx.2024-cü ildə barəsində axtarış verildiyini və gətirilərək İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edildiyini, həmin protokola əsasən şəxsə 500 manat inzibati cərimə tətbiq edildiyini, həmin inzibati tənbehin üstündən 6 ay keçməsinə baxmayaraq borclunun icradan boyun qaçırdığını, xəbərdarlıq göndərildiyini, lakin borclunun qəbul etmədiyini, borclunun telefon zənglərini açmadığını, tələbkarın aylıq min manat pul ödənilməsinə razılığı olmadığını və bu barədə məhkəmə qərardadı olmadığını, Lötfi Cəbrayılın icra sənədi üzrə pulunu israrla tələb etdiyini və şikayətlər etdiyini, qeyd etdiklərini nəzərə alaraq protokolun baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin izahatını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1.-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9515/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9515/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs 64350,0 (altmış dörd min üç yüz əlli) manat və ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəyə uyğun olaraq 300,0 (üç yüz) ABŞ dolları pul tutulması və ödənilmiş 30 manat dövlət rüsumuna görə 15 (on beş) manat cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin Şəxs ünvanlandığı 12 dekabr 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9515/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 3(090)-39/2024 saylı qırarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilməsi müəyyən olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi tərəfindən 25 aprel 2025-ci il tarixdə təkrar xəbərdarlıq olunmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokolu tərtib edən Şəbnəm Əliyeva tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, iş materiallarının tədqiqi, belə qənaətə gəlməyə əsas verir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi həmin xətanın törətməsini təkzib edən sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1. maddəsi ilə təqsirli bilinərək, barəsində cəza təyin edilməlidir. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9515/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 64350,0 (altmış dörd min üç yüz əlli) manat və ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəyə uyğun olaraq 300,0 (üç yüz) ABŞ dolları pul tutulması və ödənilmiş 30 manat dövlət rüsumuna görə 15 (on beş) manat cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi icra edilmədiyi üçün borclu Şəxs barəsində Şahbuz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 3(090)-39/2024 saylı qırarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə tənbehi cəza verilmiş. İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə tələbin icrası haqqında bildiriş borcluya göndərilmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində Şəxs borcunu ödənilməsi təklif edilmiş, lakin Şəxs borc üzrə cəmi 1000 manat pul ödəniş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin tam icra etməməsini səbəb kimi onun heç yerdə işləməməsi, ödəmək üçün maddi imkanı olmaması, hərrac protokolunun ləğv edilməsi, ona görə də prokurorluğa müraciət etməsi, Nərimanov Rayon Prokurorluğunda cinayət işinin araşdırılması, iş üzrə kassasiya şikayəti verilməsi, şikayətə baxılmaması, Konstitusiya Məhkəməsinə də müraciət etməsi, orada işə baxılmaması, dövlət orqanlarına müraciət etdiyi üçün icranı gecikdirməsi barədə ifadəsini onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1.-ci maddəsi nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, icra sənədinin icrası ilə bağlı Şəxs ödənişləri vaxtı-vaxtında icra etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1.-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas müəyyən edilmədi. Məhkəmə Şəxs icra sənədi üzrə könüllü olraq 1000 manat ödəniş etməsini, səmimi peşmançılığını yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1.-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat miqdarında cərimə olunmalıdır Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1.-ci maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-33/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-33/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver