Məhkəmə qərarları › İş №3(090)-34/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-34/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-34/2025 07.07.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ X6 Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Şahbuz rayonu, Külüs kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, fərdi identifikasiya nömrəsi: xxxxxxx , orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmmamış, Şahbuz rayon Kommunal Müəssisələr Kombinatında sürücü işləyən, Şahbuz rayonunun Külüs kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şahbuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xətalar haqqında materialdan görünür ki, 23 may 2025-ci il tarixdə saat 15:30 radələrində Şəxs idarə etdiyi “SAZ 3507 YÜK” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şahbuz şəhərində hərəkətdə olarkən Şahbuz rayonu, Kolanı kənd sakini X2 idarə etdiyi “VAZ 2106” markalı, **-BC-*** nömrə nişanlı nəqliyyat vasitəsinə vuraraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “VAZ 2106” markalı, **-BC-*** nömrə nişanlı nəqliyyat vasitəsində olan sərnişinlər, xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və xx.xx.2014-cü il təvəllüdlü X5 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bu barədə Naxçıvan MR Yol patrul xidməti inspektoru, polis serjantı A.M.Qafarov tərəfindən xx.xx.2025-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında “QAZ 53” markalı tük avtomolini istifadə etdiyini, Zeyvəli adlı şəxsin mağazasının yanından keçərkən zərərçəkmişlərin içində olduğu avtomobilin yoluna çıxdığını, buna görə hadisə baş verdiyini, zərərçəkmişlərin maşınını düzəltdirəcəyini, Zərərçəkmiş şəxs yüngül xəsarət aldığını, barmağının əzildiyini, əməlindən peşman olduğunu bildirmiş, ona cərimə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında hadisən bir az əvvəl və anasıgilə getmək üçün evdən çıxdıqlarını, yolda gedərkən Şəxs onların olduğu maşını vurduğunu, yüngül xəsarətlər aldıqlarını, şikayətçi olmadıqlarını, izahatına əlavəsinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Naxçıvan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli, 180 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sol əlin ovuc səthinin üzərində cərrahi tikişləri olan əzilmiş yarası və başın alın nahiyyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən, elədə də sərnişini olduğu minik avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə biləndilər, qərarın təsviri hissəsində göstərilən və onun Şahbuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi, yəni xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri mümkündür və dərəcələrinə görə ümumilikdə müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - Azərbaycan Respublikası Naxçıvan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli, 183 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət: başın alın nahiyyəsinin sol yarısının üzərində cərrahi tikişləri olan əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən, elədə də sərnişini olduğu minik avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə biləndi, qərarın təsviri hissəsində göstərilən və onun Şahbuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi, yəni xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. -AE seriyalı, 880712 nömrəli sürücülük vəsiqəsinin məlumatından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək etibarlı olan “ABC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin İİ-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti sahəsində fiziki şəxslər onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək vəzifələridir. Həmin Qanunun 11-ci maddəsinin İ-ci hissəinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər bu maddənin tələblərinə riayət etməklə avtomobil yollarından istifadə edə bilərlər. Avtomobil yollarında yalnız dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrinin hərəkətinə yol verilir. Həmin Qanunun 30-cu maddəsinin İİ-ci hissəsinin 2-ci bəndinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; Azərbaycan Respublikasının İXM-in 327.1.-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxılan inzibati material üzrə Azərbaycan Respublikasının İXM-in 104- 105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 25.1.-maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl ehtiyatsızlıqdan törədilmiş və eyni zamanda yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətadır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında qeyd olunmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar