Məhkəmə qərarları › İş №3(090)-35/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №3(090)-35/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 3(090)-35/2024 22.11.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi X1 Zaman Vaqif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli X10 haqqında qərardan barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirərək müəyyənetdim: xx.xx.2024-cü ildə X2 MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qəbul edilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli X10 haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şahbuz rayonunda qeydiyyatda olmaqla həmin ünvanda yaşayıram. Şahbuz rayonunda yerləşən “Karvan” Restoranı 2023-cü ildən mənim mülkiyyətimdədir. Mən Restoranı təhvil alandan sonra restoran əsasla təmir olunaraq 2024-cü ildən fəaliyyətə başlamışdır. 30 oktyabr 2024-cü il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ******* nömrəli X10 haqqında Qərarı ilə mən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.3-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunmuşam. Həmin qərara əsasən, “Karvan” restoranında qaztəmizləyici filtr quraşdırılmamış, yəni ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan fəaliyyət həyata keçirmişəm. X10 haqqında Qərar mənə rəsmi qaydada 07 noyabr 2024-cü il tarixdə verilmişdir. Qeyd edim ki, manqal yeri təzə inşa olunmuşdur və hələ istifadə olunmamışdır. Mən hava dəyişdirici sifariş versəm də, sifarişim hələ gəlib çatmayıb. Ocaq istifadə olunmadığı halda, mən ekoloji təhlükəsizliyi pozmağım əsası ilə qanunsuz şəkildə məsuliyyətə cəlb olunaraq cərimə olunmuşam. Mən ekoloji təhlükəsizliyi pozacaq inzibati pozuntu törətməmişəm. X10 haqqında qərar qanunsuz və əsassız olaraq çıxarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Şahbuz rayon, Şahbuz şəhərində “Karvan” restoranında qaztəmizləyici filter quraşdırılmamış, yəni ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan fəaliyyət həyata keçirərək inzibati xəta törədilmiş, nəticədə X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şikayətə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli X10 haqqında qərarla X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 275.1.3-cü maddəsindən məlum olur ki, ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 300 manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, fiziki şəxs X10 haqqında qərardan şikayətin əsaslandırılması zamanı X10 haqqında qərarın ona rəsmi qaydada 07 noyabr 2024-cü il tarixdə verildiyini bildirmiş lakin buna baxmayaraq sözügedən halı təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Şikayətə əlavə edilmiş 30 oktyabr 2024-cü il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ******* nömrəli X10 haqqında Qərarın əsli deyil surəti əlavə edilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, X10 haqqında qərardan barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən verilmiş şikayət üzrə təqdim olunmuş sənədlər natamamdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli X10 haqqında qərardan barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən verilmiş şikayət X5 geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli X10 haqqında qərardan barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən verilmiş şikayət X5 geri qaytarılsın. Hakim: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar