Məhkəmə qərarları › İş №3(090)-38/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-38/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-38/2024 04.12.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, X3 iclas katibliyi, Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1970-ci ildə Şahbuz rayonu, Kolanı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), Azərbaycanlı, orta təhsilli, subay, üç uşaq atası, müvəqqəti işsiz, Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin 04 dekabr 2024-cü il tarixli, 3-13-43- 11/2-8229/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 04 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 04 dekabr 2024-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, qanunsuz olaraq metmet psixotrop maddəsini istehlak etdiyinə görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X4 protokolu müdafiə edərək vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığını, buna görə də inzibati xəta haqqında icraat aparıldığını, araşdırma nəticəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 20 noyabr 2024-cü il tarixli məhkəmə kimyəvi ekspertizasının rəyinə əsasən şəxsin qanında amfetamin psixatrop maddəsinin aşkar edildiyini və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib olunduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında barəsində tərtib olunmuş protokolla tanış olduğunu, əsgərlik zamanı burnunun qırıldığını, buna görə 2024-cü ilin iyul ayında Bakı şəhərində burun əməliyyatı olunduğunu, əməliyyatdan sonra burnunda ağrılar olduğunu, həkimin ağrılar üçün resept yazdığını və həmin dərmanı istifadə etdiyini, dərmanı İran İslam Respublikasından aldığını, hal-hazırda da istifadə etdiyini, resepti və dərmanı gətirmədiyini, polis şöbəsinə dəvət olunduğunu və qan analizi götürüləcəyi bildirildiyini, qan analizi götürüldüyünü, 1 ay sonra isə, noyabr ayının 20sində qanında amfetamin maddəsinin aşkar olunduğunu, maddənin istifadə etdiyi dərmanın tərkibində olduğunu, üç gün bundan qabaq yenidən həmin dərmandan istifadə etdiyini, heç bir narkotik maddə istifadə etmədiyini, əvvəllər, tələbəlik dövründə çətənə, yəni marixuana istifadə etdiyini, 1994-cü ildən sonra isə istifadə etmədiyini, dərmanı avtobusla gələrkən İran İslam Respublikasından aldığını, son vaxtlar isə Naxçıvan şəhərindən aldığını, dərmanın reseptsiz verildiyini, rəylə tanış olduğunu, 2-3 gün qabaq dərmanda həmin tərkibin olduğunu həkim olan tələbə yoldaşından soruşduğunu, onun isə tərkibin olduğunu dediyini, dərmanı ağrıkəsici kimi istifadə etdiyini, sonradan dərmanda psixatrop tərkib olduğunu bildiyini, həkimdən soruşduğunu, həkimin isə “dərmanda psixatrop maddə çıxa bilər” dediyini, dərmanın adını oxuya bilmədiyini, gömrükdən keçirərkən bəyan etdiyini, ibtidai istintaq zamanı dərman barədə dediyini, törətdiyi əməldən peşman olduğunu və gələcəkdə həmin maddədən bir daha istifadə etməyəcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 20 noyabr 2024-cü il tarixli, 90/K nömrəli məhkəmə kimyəvi rəyinə əsasən müayinə zamanı Şəxs Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitə olan “amfetamin” maddədən istifadə etməsi aşkar edilmişdir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahıya əsasən psixatrop maddə olan “amfetamin” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun narkotik vasitələrdən ümumiyyətlə istifadə etməməsi barədə ifadəsini özünü müdafiə kimi qiymətləndirir. Belə ki iş materiallarında olan ekspert rəyi ilə Şəxs maddi sübut kimi götürülmüş qandan məhkəmə-kimyəvi tədqiqatı nəticəsində psixotrop maddə olan “amfetamin” aşkar edilməsi müəyyən edilir. Həmin halı təkzib edəcək əsas isə məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində cəza təyin edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas müəyyən edilmədi. Məhkəmə Şəxs ilk dəfə intibati xəta törətməsini, onun peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə olunmalıdır. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar