Məhkəmə qərarları › İş №3(090)-39/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-39/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-39/2024 12.12.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 iştirakı ilə, xx xxxx 1961-ci ildə Şahbuz rayonu, Badamlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, orta təhsilli, evli, 3 uşaq atası, məhkumluğu olmayan, müvəqqəti işsiz, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan Şəxs barəsində müəyyən etdim: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 12 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər “12” dekabr 2024-cü ildə Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9515/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs 64350,0 (altmış dörd min üç yüz əlli) manat və ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəyə uyğun olaraq 300,0 (üç yüz) ABŞ dolları pul tutulması və ödənilmiş 30 manat dövlət rüsumuna görə 15 (on beş) manat cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs borcu ödəməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırmış və icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatında Bakı Aprellyasiya Məhkəməsinin çıxardığı qərardan şikayət müddətini ötürdüyünü, daha sonra şikayət vermək üçün müddətin bərpası ilə bağlı müraciət etdiyini və müraciətinin təmin edildiyini, kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etdiyini, orada işə baxılmadığını, daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etdiyini, hal-hazırda şikayətinə orada baxıldığını, dəfələrlə dövlət orqanlarına müraciət etdiyini, barəsində haqqsız qərar qəbul edildiyini, Bakı Aprellyasiya Məhkəməsinin iclasında “Covid passportu” olmadığına görə buraxılmadığını, Bakı Aprellyasiya Məhkəməsinin rəsmi dövlət sənədinə və ya digər əhəmiyyətli sübuta əsaslanmadan qərar qəbul etdiyini, məhkəmə iclası zamanı iddiaçının 30000 manatı geri qaytarması barədə etiraf etdiyini, lakin məhkəmənin bunu da nəzərə almadığını, ilk kassasiya şikayətinin qəbulundan imtina edildiyini, sonra ikinci dəfə müraciət etdiyini, hüquqlarının pozulmasına görə müraciət etdiyini, buna görə də icra sənədi üzrə ödəniş etmədiyini, Konstitusiya məhkəməsinə ünvanladığı şikayətin surətini məhkəmə iclasına gətirdiyini, lakin əslinin yanında olmadığını, onun gətirməsi üçün şərait yaradılmadığını, məhkəmənin qətnaməsinin icra etməməsinin səbəbinin ödəniş edərsə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şikayətini baxılmamış saxlayacağını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən şikayətinin təmin edilməyəcəyi halda icra ödənişini dərhal yerinə yetirəcəyini, icra orqanına şikayəti ilə bağlı müraciət etdiyini, icra məmurunun onunla əlaqə saxladığını, maddi imkanı olmadığına görə şikayət müddətini ötürdüyünü, Zərərçəkmiş şəxs onu şərlədiyini, faizlərin faizləri olaraq 13500 manat ona borcunun olduğunu, öz adına əmlak olmadığını bildirmişdir. İnzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru Şəbnəm Əliyeva məhkəmə iclasında verdiyi izahatında konstitusiya məhkəməsi tərəfindən icraatın dayandırılması barədə göstəriş verilmədiyini, Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etdiyini, sənədlərin protokola əlavə edildiyini, 2021-ci ildə icra vərəqi verildiyini, icra sənədi üzrə icraatın indiyə qədər dayandırılmadığını, Şəxs Nərimanov rayonunda yaşaması ilə bağlı arayış təqdim etdiyini, buna əsasən icranın əraziyə göndərildiyini, lakin kira yaşadığı evdən köçməsi səbəbi ilə icra məmurlarının akt tərtib edərək icra sənədini geri qaytardığını, Şəxs icranı qəsdən uzatdığını bildirmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin izahatını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9515/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9515/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs 64350,0 (altmış dörd min üç yüz əlli) manat və ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəyə uyğun olaraq 300,0 (üç yüz) ABŞ dolları pul tutulması və ödənilmiş 30 manat dövlət rüsumuna görə 15 (on beş) manat cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin Şəxs ünvanlandığı 12 dekabr 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9515/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi tərəfindən 24 yanvar 2023-cü il tarixdə təkrar xəbərdarlıq olunmasına baxmayaraq o, yenə də icradan yayınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icra etməməsi kimi səbəb kimi onun barəsində olan mülki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında şikayətinə baxılması barədə ifadəsini onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokolu tərtib edən Şəbnəm Əliyeva tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, iş materiallarının tədqiqi, belə qənaətə gəlməyə əsas verir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi həmin xətanın törətməsini təkzib edən sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə təqsirli bilinərək, barəsində cəza təyin edilməlidir. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9515/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 64350,0 (altmış dörd min üç yüz əlli) manat və ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəyə uyğun olaraq 300,0 (üç yüz) ABŞ dolları pul tutulması və ödənilmiş 30 manat dövlət rüsumuna görə 15 (on beş) manat cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin icrası haqqında bildiriş borcluya göndərilmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində Şəxs borcun ödənilməsi təklif edilmiş, lakin borc üzrə heç bir ödəniş edilməmiş və ya ən azından buna cəhd də edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9515/2021 nömrəli icra sənədinin könüllü icrası üçün borcluya xx.xx.2024-cü il tarixdə bildiriş göndərilsə də, həmin vaxtdan borclu icra sənədi üzrə ödəməli olduğu pul məbləğini vaxtı-vaxtında ödəməmişdir və hal-hazırda onun 64350,0 (altmış dörd min üç yüz əlli) manat və ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəyə uyğun olaraq 300,0 (üç yüz) ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumuna görə 15 (on beş) manat borcu vardır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, icra sənədinin icrası ilə bağlı Şəxs ödənişləri vaxtı-vaxtında icra etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə olunmalıdır Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar